
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Parabank” Açıq Səhmdar Cəmiyyətinin Nizami filialının sabiq kredit mütəxəssisi Orxan Uğurluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyev sədrlik etdiyi prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə O.Uğurluzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, O.Uğurluzadə bir neçə nəfərlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirib. Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyə



