
“Mən Ərdoğanın liderliyini sevirəm. Yaşı gənc olanlar bunu anlamaz. Ərdoğanın ölkəni idarə edə biləcək çox doğru bir şəxs olduğunu düşünürəm”
Bu sözləri Türkiyənin “TV8” telekanalının sahibi, Türkiyənin tanınmış şoumeni Acun İlicalı “Medyaradar” saytına müsahibəsində bildirib.
Acun İlicalının müsahibəsində diqqəti çəkən hissələri təqdim edirik:
– Siz çox müsbət xarakterdə birisiniz. Amma siyasətin dili çox, həm də çox sərtdir. Təbii liderlərimizin də… Hörmətli prezidentin üslubu da sərtdir. Nə düşünürsünüz?
– Siyasət mövzusunda çox danışmağı sevmirəm. Mən işimə baxıram. Amma sənə bunu söyləyə bilərəm ki, mən ofisimdə bir adamdan belə, hansı siyasi düşüncədə olduğunu soruşmamışam. Çünki insanların hər biri ayrı fikirdə olmalıdır. Türkiyədə anlamadığım mövzu budur: Niyə insanlar hər kəsin onunla eyni düşünmək məcburiyyətində olduğunu hiss edir? Bu gün mənim şirkətimdə bir səsvermə keçirsən, nə çıxacağını bilmirəm. Hər kəsin bir fikri olmalıdır. Mən ölkəmin də belə olmasını istəyirəm. Bəli, mən ölkə başçımızı sevirəm. Amma bilirəm ki, maraqlanırsan, sən soruşmadan mən cavab verim, mənim “TV8” telekanalını almağımda onun təsiri olmayıb.
“Karyeramda siyasətdən bir iz belə, yoxdur”
– Heç cənab Ərdoğandan gözləntiniz olubmu?
– Karyeram siyasətə dair tək bir iz tapa bilməzsiniz.
– Tv8 telekanalını əldə etmənizdə heç təsiri olmadı, cənab prezidentin..?
– Təbii ki, yox. Mən bu kanala ciddi miqdarda pul verdim. Pulu verdiyim insan da Mehmet Nazif Günaldır. AKP ilə bir əlaqəsi var mı? Yox. Mehmet bəy, sağ olsun endirim də etmədi. Bu arada, Mehmet bəyə də ayrı bir sevgim var, birlikdə səyahətlərə gedirik. Çox yaxşı bir dostluğumuz var.
“Ərdoğanın liderliyini sevirəm”
– Arada gözdən qaçmasın, Tayyib bəy də sizi çox sevdiyini söyləyir…
– Məni sevir, çünki mənim heç bir gözləntim, çıxarım yoxdur. Mən Tayyib Ərdoğanın liderliyini sevirəm. Yaşı gənc olanlar bunu anlamaz. Mənim yaşım çatır. Mən 1980-2000-ci illər arasındakı dövrü yaxşı xatırlayıram. 2015-ci ilə gəldiyimiz bu müddətə baxsaq və o günlərlə müqayisə etsək arada böyük fərq var. Tayyib Ərdoğanın ölkəni idarə edə biləcək çox doğru bir şəxs olduğunu düşünürəm.
– Prezident sisteminə necə baxırsınız?
– Məncə müzakirə edilməlidir. Xalq nə deyirsə o olsun.
– Acun İlicalı millət vəkili olarmı?
– Mən millət vəkillərimizi çox müvəffəqiyyətli hesab edirəm. O işə çox ciddi bir zaman xərclənir. Konsentrasiyam olmadığı üçün məndən millət vəkili olmaz.
– Bir arada, adınız bir ara “Fətullahçı” çıxmışdı. İndi iqtidarla camaat döyüşü var. Nə düşünürsünüz?
– Həyatımda Fətullah Güləni bir dəfə belə görməmişəm, heç bir zaman da yaxınlığının olmayıb. Çünki tanımıram. Hər kəs əsassız bir şeylər söyləyir. Aç interneti bir bax. Populyar olduğunuz zaman haqqımızda çox maraqlı, uzaqdan yaxından əlaqəsi olmayan iddialar ortaya atılır.
Hazırladı: Nərgiz Liftiyeva



