Qərb texnologiyası Ukrayna Silahlı Qüvvələrinə hərbi əməliyyatları geri qaytarmağa kömək etmək iqtidarında deyil, onlar qaçılmaz dağılma ilə üzləşəcəklər. Elchi.az xəbər verir ki, bu barədə Bundesverin istefada olan generalı Harald Kujat “Flavio fon Witzleben” “YouTube” kanalına müsahibəsində danışıb.
Açıq qeyd etmək lazımdır ki, Ukraynanın strateji vəziyyəti öz xeyrinə dəyişmək imkanı yoxdur. Ukrayna üçün nə qədər acı səslənsə də, bütün bu silahların tədarükü onun üstünlük qazanmasına kömək etməyib və etməyəcək. Ukraynanın hərbi məğlubiyyətə uğraması an məsələsidir”, – deyə hərbçi bildirib.
Kuyat onu da vurğulayıb ki, Qərbin verdiyi heç bir silahı – istər tanklar, artilleriya, Ukrayna Silahlı Qüvvələrinə hərbi əməliyyatların gedişatını dəyişməyə imkan verməyib. Onun fikrincə, “Taurus” raketlərinin hipotetik göndərilməsi də Kiyevə kömək etməyəcək.
Havar Şəfiyeva






