"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MN-dən Aprel döyüşləri barədə açıqlama

02 Aprel 2024 - 17:38
in GÜNDƏM

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı – Aprel döyüşlərindən 8 il ötür. Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi.

Bu qələbə Ermənistanın uzun illər ərzində öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi.

Lakin mənfur xislətindən yaxa qurtara bilməyən və Aprel döyüşlərindən dərs çıxarmayan düşmən yenidən öz çirkin niyyətlərini həyata keçirir, müxtəlif istiqamətlərdə təxribatlara əl atırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törətməsinə, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı – 44 günlük Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu və bütün şəhidlərimizin qisası alındı, öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın qayıdışı Böyük Qələbənin tacı oldu.

Bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı – Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq”, – məlumatda qeyd edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qarabağ”ın futbolçusu Fransa klublarına keçməkdən imtina edib

Next Post

3D printerdə hazırlanmış sinir strukturu zədələnmiş toxumaları bərpa edə bilər

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
3D printerdə hazırlanmış sinir strukturu zədələnmiş toxumaları bərpa edə bilər

3D printerdə hazırlanmış sinir strukturu zədələnmiş toxumaları bərpa edə bilər

İstanbulda gecə klubunda yanğın: 27 nəfər öldü

İstanbulda gecə klubunda yanğın: 27 nəfər öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.