"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Büdcə dolur, sahibkarların isə narazılığı artır

14 Mart 2015 - 09:30
in XƏBƏR LENTİ

Büdcə dolur, sahibkarların isə narazılığı artır

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Vergi terroru” işsizlərin sayını hər gün artırır; Total vergi yığımı səbəbindən sahibkarların iş yerlərini bağlaması hökuməti müəyyən güzəştə məcbur edib; vergilər naziri Fazil Məmmədov “son aylar çoxlu düşmən qazandım” deyərək, hökumət üzvlərindən daha çox onun “yükün altına” verilməsindən gileylənib; hakimiyyət iqtisadi sektorda ciddi dəyişikliklər olacağını vəd edir

Neftin qiymətinin düşməsinin manata və ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrinə ciddi təsiri hər keçən gün daha çox hiss edilməkdədir. Hökumət büdcə xərclərinə nəzarəti gücləndirməyə, qiymət artımının qarşısının inzibati üsullarla almağa çalışır. Bununla bərabər sahibkarların və daha iri şirkətlərə nəzarət edən oliqarxların “boğazından”dan bərk-bərk yapışıb. Bu proses artıq tək paytaxt Bakını deyil, ucqarlarda da ciddi narahatlıq doğurmağa başlayıb.

 
Bizi bilgiləndirən qaynağın iddiasına görə, bəzi iri oliqarxlar bir sıra iri və nisbətən xırda şirkətlərini  bağlamağa məcbur olublar ki, bunların bir çox istehsal müəssisələridir. Məcburi məzuniyyətə göndərilən işçilərə bunun “müvəqqəti, amma nə konkret nə zamanadək davam edəcəyi”,  deyilməyib. Ölkədə işsizliyin artması isə sosial gərginliyə səbəb ola bilər ki, indilikdə bu iqtidara əlavə başağrısı gətirər. 
Mənbəmiz deyib ki, bu cür vəziyyət Vergilər Nazirliyini dərhal müəyyən “güzəştə” vadar edib. Nazirlik “istehsal müəssisələrini bağlamayın, müəyyən güzəştə gedərik” mesajını verib. “Müəyyən güzəşt” dedikdə isə əslində burda yenilik yoxdur. Əvvəllərdə müəssisəyə “çökən” vergi müfəttişləri həm istehsal olunan mallarla, həm buradakı işçilərlə bağlı vergini yarıbayarı toplayırdı. Son iki ayda isə “hamısını verin” deyilməsi sahibkarları bütün qazancdan qoyur ki, aydındır ki, heç bir ağlı başında olan iş adamı əlindəkinin hamısını yalnız vergiyə getməsinə razı ola bilməz…
Bu narazılıqlar fonunda oliqarxların biri ilə yaxınlığı iddia edilən deputat Qüdrət Həsənquliyevin açıqlaması da diqqətçəkəndir. Q.Həsənquliyev deyib ki, mərhum prezident Heydər Əliyevin zamanında Vergilər Nazirliyi istənilən an gedib sahibkarı yoxlaya bilməzdi: “Nəinki yoxlaya bilməz, heç gedib o binaya girə bilməzdi. Yəni qanunla dəqiq müəyyənləşib ki, sahibkar ildə neçə dəfə yoxlanıla bilər və hansı hallarda hansı yoxlama aparıla bilər. Vergilər Nazirliyi yalnız qanunla müəyyən olunmuş müddətdə sahibkarın fəaliyyətini yoxlaya bilər. Çox müxtəlif dövlət orqanları sahibkarların fəaliyyətinə müdaxilə edir. Nəticədə də sahibkarlar çətin duruma salınıb, xüsusilə son 3 ay ərzində bu daha çox hiss olunur, ona görə ki, bizə müraciətlərin sayı artır.
Biz görürük ki, sahibkarlar çox əziyyət çəkirlər. Sahibkarların fəaliyyətinə bu formada müdaxilə sonda ölkədəki iqtisadi və sosial durumu xeyli pisləşdirəcək. Ona görə ki, xalqı əsas saxlayan kiçik və orta sahibkarlardı. Camaata çörək verən, onları dolandıran bunlardır. Sahibkarlıq mühiti də korlandıqca bu onlarla, yüzlərlə ailənin çörəksiz qalması ilə nəticələnəcək. Çünki tutaq ki, əgər əvvəllər bir kiçik sahibkar 5 ailəni dolandırırdısa, 10 nəfərə də iş verirdisə, indi nə qohum-əqrəbasına kömək edə, nə 10 nəfər işçi saxlaya biləcək. Əgər gəlirlərinin böyük bir hissəsini tutub əlindən alırlarsa, bunun ağır fəsadları qaçılmaz olacaq” deyə, deputat bildirib.  Q. Həsənquliyev əlavə edib ki, bunun qarşısı alınmazsa,  vəziyyət daha da pisləşəcək: “Mən bunu deməkdən çəkinmirəm və bilirəm ki, son vaxtlar sahibkarlar aqressiv formada talan olunur. Bunun qarşısı alınmasa hamımızın sərnişini olduğumuz Azərbaycan adlı gəmini aşkar təhlükə gözləyir”.
Məlumatlara görə, indi ən çox narazılıq edilən vergilər naziri Fazil Məmmədov da yaxın ətrafına “son aylar çoxlu düşmən qazandım” deyərək, hökumət üzvlərindən daha çox onun bu cür “yükün altına” verilməsindən gileylənib. Xəbər verdiyimiz kimi, nazirə tapşırılıb ki, istisnasız olaraq məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri – fabrik-zavodları, mini və hipermarketləri, o cümlədən mehmanxana və restoranları son iki ayda vergiyə cəlb edilib. Bu vergitoplama oliqarxların nəzarətində olan ən xırda klinikalarından tutmuş, iaşə obyektlərinədək, tətbiq edilir.
Üstəlik, əvvəllər iri müəssisələrini külli miqdarda vergidən yayındıraraq büdcəyə simvolik məbləğ ödəyən oliqarxlar indi vergi müfəttişlərinə hesabat yox, büdcəyə astronomik rəqəmli “hesab” verirlər. Vergilər Nazirliyi “vurulan” obyektləri tam sənədləşdirir, yəni yığılan vergidən bir manat belə müfəttişə rüşvət kimi verilməsindən söhbət belə gedə bilməz. “Yoxlamaların bir çoxu və alınan vergi nə qədər qanunsuz olsa da, büdcəyə oturdulan pul sənədi qəpiyinəcən dəqiqdir”. Bu cür total yoxlamalara məruz qalmış sahibkarlardan biri əməkdaşımıza belə söyləyib.
Ciddi narazılıqdan xəbərdar olan iqtidar yetkililəri də sahibkarları arxayın edib ki, ölkə ciddi sınaq qarşısındadır və xüsusilə vergi ilə bağlı görülən tədbirlər müvəqqəti xarakter daşıyır. Belə ki, Avropa Yay Oyunlarından dərhal sonra hakimiyyət iqtisadi sektorda ciddi dəyişikliyə start veriləcək. Öncə sahibkarların ən yaralı yeri olan və korrupsiyanın ən çox tüğyan etdiyi gömrük sisteminin şəffaflaşdırılmasına başlanılacaq.
Gömrük yüklərinin rəsmiləşdirilməsi “ASAN Xidmət”ə veriləcək, idxal monopoliyası aradan qalxacaq. Hakimiyyət bu yolla həm də gömrükdən yayındırılan büdcə gəlirlərinin ən azı 3-4 milyard manat artmasını proqnozlaşdırır. Yeri gəlmişkən, iqtidarın neft pullarının azalması ilə yanaşı, ölkə xaricində yerləşdirilən iri maliyyələrin çıxarılması üçün müəyyən edilmiş sürəcin hələ tamam olmaması səbəbindən də (əks təqdirdə müqavilə pozulmuş sayıla və ölkə ciddi məbləğ itirə bilər) yarandığı xəbəri var. Amma bu da müvəqqətidir…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə – Avrasiya ittifaqı

Next Post

Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi islam

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi islam

Azərbaycanda növbəti bahalaşma dalğası...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.