"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda növbəti bahalaşma dalğası…

14 Mart 2015 - 10:15
in XƏBƏR LENTİ

Azərbaycanda növbəti bahalaşma dalğası...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İqtisadçı-ekspert: “Qiymət artımının qarşısını inzibati yolla almaq mümkün deyil…”

Azərbaycan bazarının 70 faizini ərzaqla təmin edən və əsas inhisarçı şirkət “Azərsun Holdinq” də qiymətləri artıracağı ilə bağlı anons verib. Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyasına və bu hadisənin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb. Goozal bildirib ki, istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34 faiz deyil, təxminən 15-17 faiz artacaq.

 
Qeyd edək ki, hazırda Azərbaycanın qida bazarının böyük hissəsinə nəzarət edən “Azərsun” yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Şirkətin belə bir qərar verməsi isə bazara təsirsiz ötüşməyəcək. Bu qərardan sonra marketlərə baş çəkib şirkətin istehsalı olan ərzaq məhsullarının qiymətinin dəyişib dəyişmədiyi ilə maraqlandıq. 
Artıq bir çox marketlərdə “Azərsun”un məhsulları bahalaşmışdı. Belə ki, baş çəkdiyimiz marketlərdə “Azərsun” istehsallı ərzaq məhsullarının qiyməti bu cür idi: “Azərçay” 2 manat 20 qəpik, “Final” çayı 2 manat 30 qəpik, 4 manat 30 qəpik, düyülər 95 qəpikdən 2 manat 5 qəpik arası, mərci 1 manat 70 qəpik, noxud 1 manat 90 qəpik, lobya 1 manat 70 qəpik, makaron 1 manat 20 qəpik – 2 manat, mayonezlər 78 qəpikdən 3 manat arası, yaşıl noxud 75 qəpik – 1 manat 65 qəpik arası.
Yağlardan “Final” duru yağı 2 manat, 2 litrliyi 4 manat 70 qəpik, 5 litrliyi isə 9 manat 15 qəpiyə, “Blendo” yağı 2 manat 35 qəpik, 2 litrlik 4 manat 60 qəpik, 5 litrlik 12 manat 45 qəpik, “Möcüzə” 2 manat 60 qəpik, 2 litrlik 4 manat 80 qəpiyə, 5 litrliyi 11 manat 60 qəpik, “Maral” yağı çəkisinə görə 2 manat 80 qəpik, 3 manat 62 qəpik, 8 manat 75 qəpik, “Ana bala” yağı çəkisinə görə 1 manat 20 qəpik və 10 manat 5 qəpik arası qiymətə idi.
Xatırladaq ki, “Azərsun”un bahalaşma ilə bağlı qərarından öncə də bu məhsulların qiymətində artım müşahidə etmişdik. Satıcılar bunun səbəbini həmin şirkətdən məhsulun onlara baha gəlməsi ilə əlaqələndirmişdilər. Müşahidələrimiz zamanı yerli məhsullarla yanaşı, xaricdən gətirilən məhsullarında qiymətində əvvəlki bahalaşmanın qaldığını gördük.
***
“Azərsun”un qiymət artımına münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev şirkətin bir sıra xammal məhsullarını xaricdən gətirdiyini, buna görə də bu addımın başa düşünülən olduğunu bildirdi: “Ölkədə baş verən devalvasiya, manat birdən-birə 34 faiz dəyərdən düşməsi təbii olaraq qiymət artımını şərtləndirən amildir. Hökumət inzibati yolla qiymət artımının qarşısını almağa çalışır. Amma bu çıxış yolu deyil.
”Azərsun” monopolist şirkətdir. Azərbaycanın ərzaq bazarı onun əlindədir. Nəzərə almalıyıq ki, “Azərsun” da bir sıra ərzaq məhsullarını xüsusən də xammalı idxal edir. Təsəvvür edin ki, “Azərsun” ölkəni 100 faiz şəkərlə təmin edir. Amma bu şəkərin xammalının 95 faizi xaricdən gəlir. Ona görə bahalaşmanın yerli istehsalata təsir göstərməyəcək düşüncəsi kökündən yanlışdır. Öncə monopolist şirkətlər aradan qalxmalı, bazar liberallaşmalıdır. İmkan verilməlidir ki, kiçik və orta sahibkarlar inkişaf eləsin. Söhbət yalnız “Azərsun”dan da getmir. Digər kiçik şirkətlər də qiymətləri qaldırmağa məcburdur. Bunun da səbəbi manatın ucuzlaşmasıdır. Bahalaşmanın qarşısını inzibati yolla almaq mümkün deyil”.
İqtisadçı-ekspert bayram qabağı qiymətlərin daha da qalxacağını, ancaq əvvəlki illərdə olduğu kimi, bayramdan sonra heç bir ucuzlaşmanın baş verməyəcəyini bildirdi: “Azərbaycanda bayram qabağı ərzaq məhsullarının qiyməti həmişə qalxır. Bu hal yenə baş verəcək. Ancaq biz əvvəlki dövrlərdən fərqli olaraq bayramdan sonra ucuzlaşma görməyəcəyik. Təbii ki, bunun zərbəsi istehlakçılara dəyir. Problemi inzibati yox, iqtisadi yolla tənzimləmək lazımdır. Əgər hökumət qiymətlərin qalxmasını istəmirsə, müəyyən bir iqtisadi mexanizmlər təşkil etməlidir. Bunlardan birincisi ərzaq məhsulları üzərindəki gömrük rüsumlarının azaldılması və yaxud dondurulması ilə bağlıdır. Biz bunu unun timsalında da gördük. Xatırlayırsınızsa, un bir neçə dəfə bahalaşdı deyə əlavə dəyər vergisi unun üzərindən müvəqqəti olaraq götürüldü. İkinci iqtisadi addım monopoliyaya qarşı olmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi islam

Next Post

Hansı telefonları dinləyə bilmirlər?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hansı telefonları dinləyə bilmirlər?

Günəş enerjisi ilə işləyən təyyarə dünya səyahətinə başlayıb (Video)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.