"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hansı telefonları dinləyə bilmirlər?

14 Mart 2015 - 10:40
in XƏBƏR LENTİ

 Hansı telefonları dinləyə bilmirlər?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Texnikanın inkişafı və məxfi əməliyyatlar az qala bunu imkansız edir…

Mobil telefonların təhlükəsizliyi hər zaman bəşəriyyətin müzakirə mövzusu olub. İş adamları, siyasətçilər, jurnalistlər…. üçün danışıqlarının, yazışmalarının məxfi qalması üçün hər yeni üsul barədə məlumatlanırlar. Dövrümüzün texnikası, piratlar, məxfi əməliyyatlar isə bunları az qala imkansız edir. Amma bununla belə, mobil şirkətlər “ən təhlükəsiz telefonlar” adı ilə yeni texnologiyalar hazırlamaqdan usanmır, bu istiqamətdə davam edirlər.

 
Onlardan biri “Silent Circle”dir ki, onlar “Blacphone2″ adı ilə bazara yeni telefon çıxararaq onun məxfiliyinə təminat veriblər. 
”Mobile World Congress-2015″ sərgisində nümayiş etdirilən yeni telefon gücləndirilmiş təhlükəsizlik xidməti təklif edir ki, burada da bütün texniki xarakteristika öz əksini tapıb. Ümumiyyətlə, “Blackphone” ilk olaraq insanların şəxsi məlumatlarını gizli saxlamaq zərurətindən yaranıb. Təcrübə göstərir ki, bu məlumatlar bəzən təhlükəsizlik orqanları tərəfindən ələ keçirilir. “Silent Circle” firmasının qənaətinə görə, tarix boyu heç vaxt insanların həyatı indiki kimi xüsusi xidmət orqanlarının nəzarəti altında olmayıb. Bu isə mobil şirkətlərin işini gün-gündən çətinləşdirir.
Kampaniya artıq ilk “Blackphone” partiyasının sifarişi üçün 750 milyon dollar vəsait nəzərdə tutub və yeni nəsil bu məsələdə daha öncəkilərdən xeyli şanslıdır. “Silent Suite” firmasının “Silent Circle” alətlərindən ibarət sisteminə aşağıdakılar daxildir: “Silent Phone” (bu, zəngləri gizli dinləmələrdən sığortalayır), “Silent Text” (eyni şey SMS-lərə də aiddir), “Silent Contacts” (ünvan kitabçasına kənar müdaxilələrin, oğurlanmaların qarşısını alır). Amma sadalanan bu üç xidmət pulludur. “Blackphone” 2 isə iki illik müddətlə bu xidmətlərə çatımlıdır. 
Tezliklə bazara “Silent Meeting” adlı xidmət də çıxacaq ki, bu da konfendensial xidmətlər üçün nəzərdə tutulub. 
İndi belə bir şey düşünmək olar ki, “Blackphone” 2 alan hər kəs avtomatik olaraq məxfi dinləmədən, yazışmaların ələ keçirilməsindən sığortalanıb. Amma əslində kommunikativ vasitə olan “Silent Circle” bəyan edir ki, təhlükəsizlik ancaq abonentin ünsiyyət qurduğu qarşı tərəfdə də eyni təhlükəsizlik sistemi olduğu halda, danışıqların yazılmasını, mətnlərin oxunmasını mümkünsüz edir. Məhz buna görə də “Blackphone” 2 alıcıları bir il boyunca “Silent Circle” xidmətinə pulsuz abunəni 3 nəfər yaxın dostuna, ya da ailə üzvünə hədiyyə edə bilər. Sözügedən müddət bitəndən sonra isə istifadəçi qarşısında 3 variant var: ya hər ay bu xidmət üçün 10 dollar ödəməli, ya “Blackphone” 2 əldə etməli, ya da qorunmamış zənglər və mesajlar sisteminə geri qayıtmalıdır.
Bundan başqa, “Silent Circle” öz istifadəçilərini əmin edir ki, heç də hər zəng məxfi xidmət daşımır və məxfilik sistemini işə keçirmək üçün lazım olan zəngləri nəzərə almaq lazımdır. Məsələn, əgər kimsə telefonla pitsa sifariş verirsə, ya da nənəsinə zəng edirsə, bu, xüsusi-xidmət orqanlarının umurunda da olmaz. Bu məqam “Blackphone 2″nin unikallığını üzə çıxır: bu, məxfilik   səviyyəsini seçməyə imkan verir.
“Smartfon” telefonlarından istifadə etmirəm və təbii ki, heç kimə SMS yazmıram. Ancaq çox nadir hallarda Twitter səhifəmdə sms yazıb paylaşıram”. Bu sözləri ABŞ prezidenti Barak Obama ABC telekanalında yayımlanan “Jimmy Kimmel Live” gecə komediya şousunda deyib. O, bütün bunları təhlükəsizlik baxımından etmədiyini açıqlayıb. “İndi bütün telefonlar dinlənilir, səslər yazılır. Buna görə yalnız email ünvanlar vasitəsilə harasa məktub göndərirəm. Ancaq mənim aldığım ”Blackberry” telefonu indiyədək qalır”, – deyə Ağ Evin sahibi bildirib.
Android sistemli mobil vasitələrdən istifadə edərkən əməl etməli  olduğumuz təhlükəsizlik qaydalarını da yaddan çıxarmaq olmaz.
Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz  ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki,  bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə  başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə  hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə  kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə  bilərsiniz.
Mobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur Bu  mövzuda həm Google, həm də ESET Mobile Security, Anti-Theft tətbiq proqramı sizə  unikal təhlükəsizlik tədbirləri təklif edir. Belə ki, səssiz rejimdə olan  telefonunuz evdə itsə belə, (divanın, şkafın arxasına düşsə də) Anti-Theft  tətbiqi ilə onu asanlıqla tapa bilərsiniz. Eyni zamanda telefonunuz sizdən çox  uzaqda olduğu halda başqasının əlinə keçməsin deyə onu kilidləyə və xəritə  üzərindən yerləşdiyi ərazini tapa bilərsiniz.
Gizli məlumatlarınızı telefonda saxlamayın. Məsələn,  kredit kartınızın şifrəsini və ya şəxsiyyət vəsiqənizdəki fotoşəkili  telefonunuzun yaddaşında saxlamağınız təhlükəsizliyiniz baxımından etibarlı  deyil. Çünki mobil telefonunuz istəmədiyiniz bir insanın əlinə keçərsə, o  asanlıqla bu məlumatlardan istifadə edərək sizin adınızdan müxtəlif xoşəgəlməz  işlərə imza ata bilər. Düzdür, telefonunuzu itirdiyiniz halda siz eyni zamanda  “Google Android Device Manager” və “ESET Mobile Security”də Anti-Theft proqramı  vasitəsilə uzaqdan məlumatlarınızı silə bilərsiniz. Amma daha yaxşı olar ki,  şəxsi məlumatlarınızı saxlamaq üçün hard disklərdən və mikro kartlardan istifadə  edəsiniz.
Hər proqramı yüklədikdə icazə pəncərəsini diqqətlə  oxuyun! Androiddə tətbiq icazə pəncərələri darıxdırıcı kimi görünsə  də, əslində bu sizin mobil sisteminizin təhlükəsizliyini təmin etmək baxımından  çox önəmlidir. Bəzi hallarda proqram yükləyərkən icazə pəncərəsi sizdən Android  funksiyasına və şəxsi məlumatlarınıza nəzarət etmək üçün icazə istəyir. Əgər bu  icazə mətnini oxumadan onunla razılaşırsınızsa, deməli bilərəkdən şəxsi  məlumatlarınızın təhlükəsizliyini heçə endirirsiniz. Bunun üçün də daha yaxşı  olar ki, nə qədər sıxıcı hesab etsəniz də, hər proqramı, tətbiqi yükləyərkən  icazə pəncərəsini diqqətlə oxuyasınız.
Telefonla ödəmə edərkən diqqətli olun! Müasir Android  cihazlar telefonla ödəmə imkanı təqdim edən NFC sisteminə malikdir. Hətta bəzi  ölkələrdəki mağazalarda bununla bağlı ödəmə sistemləri fəaliyyət göstərir. ESET  araşdırmaçıları belə qənaətə gəliblər ki, banklarla bağlı hər yeni texnologiya  kompyüter hücumları üçün potensial hədəfdir. Buna görə də bu texnologiyadan  istifadə edərkən bankdan doğru məlumat alınması və ya birbaşa olaraq NFC sistemi  ilə ödəmə edilməsi tövsiyə edilir.
Təhlükəsizlik proqramı istifadə edin! ESET-in  məlumatlarına görə, son bir ildə ağıllı telefonlarda mənfi məqsədlərlə işlədilən  proqramların sayı 63% artıb. Yəni, heç də istifadə etdiyiniz bütün proqramlar  təhlükəsiz deyil. Bunun üçün eyni ilə kompyüterinizi qoruduğunuz kimi cib  telefonunuzu da qorumaq məqsədilə mobil təhlükəsizlik (Mobile Security)  proqramları istifadə edin!
Amma Android bazasının ən vacib mənfi cəhətlərindən biri onun o qədər də yüksək olmayan təhlükəsizlik sistemidir. “BlackBerry” firması isə hesab edir ki, Blackphone sıradan istifadəçilər üçün daha funksional olacaq, nəinki biznes adamları üçün. Kanada kampaniyası öz bloqunda yazır ki, istifadəçilərin müdafiə üçün ən ideal variantı BES10 (BlackBerry Enterprise Service 10) platformasıdır. O, təkcə informasiyaların yüksək səviyyədə qorunmasını yox, eyni zamanda gizli dinləmə və yazışmalara nəzarətin də qarşısını alır.
Bununla yanaşı, kanadalılar “BlackBerry Balance” və “BlackBerry Guardian” funksiyalarını da istisna etmir ki, bunlar da danışıqların və yazışmaların konfidensiallığına xidmət edir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda növbəti bahalaşma dalğası…

Next Post

Günəş enerjisi ilə işləyən təyyarə dünya səyahətinə başlayıb (Video)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Günəş enerjisi ilə işləyən təyyarə dünya səyahətinə başlayıb (Video)

10 min dollara görə İŞİD-ə qoşulmaq istəyən 16 adam tutulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.