Türkiyənin elektrikli avtomobil bazarında ilin ilk rübündə satış lideri 4 min 145 avtomobillə Togg olub.
Elchi.az xəbər verir ki, Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) məlumatlarından toplanan məlumata görə, Türkiyənin cəmi avtomobil və yüngül ticari vasitə bazarı birinci rübdə keçən ilin eyni dövrünə görə yüzdə 25,2 artaraq 295 min 519 ədədə çatıb.
Bu dövrdə avtomobil satışları yüzdə 33,05 artaraq 233 min 389 ədəd, yüngül ticari avtomobil satışları isə yüzdə 2,6 artaraq 62 min 130 ədəd olub.
Yanvar-mart dövründə “tam elektrikli” avtomobil satışlarının sayı 275,9 faiz artaraq 14 min 158-ə çatıb. Ümumi satışlarda tam elektriklə işləyən avtomobillərin payı 2,1 faizdən 6,1 faizə, hibrid avtomobillərin payı isə 11 faizdən 14,2 faizə yüksəlib.
Tam elektrik, geniş diapazonlu elektrik və hibrid avtomobillər nəzərə alındıqda, ümumi bazarın 21,3 faizinin elektrik mühərrikli avtomobillərdən ibarət olduğu görülür.
Nuranə Məmmədova






