“İsveç qərb-şərq nəqliyyat imkanlarına dair NATO tələblərinə cavab vermək üçün avtomobil və dəmir yolu şəbəkələri kimi hərbi və mülki infrastrukturuna daha çox sərmayə qoymalıdır”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq “Sveriges Radio”ya müsahibəsində bildirib.
“Yüklərin daşınması üçün həm hərbi, həm də mülki infrastruktura daha çox investisiya lazımdır. Bu, bütün Skandinaviyaya aiddir, çünki indiki vəziyyətdə onu bir əməliyyat vahidi hesab etmək olar”, – deyə o, qeyd edib.
NATO rəhbəri həmçinin İsveçin səhiyyə sisteminin inkişafının vacibliyini vurğulayıb.
“İsveç öz imkanlarını artıra və böhran vəziyyətində qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirə bilən inkişaf etmiş səhiyyə sisteminə malik ölkədir”, – deyə Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, koordinasiya, məlumatlandırma və böhrana ümumi hazırlıq da böyük əhəmiyyət kəsb edir.
Yeganə






