İsrail Müdafiə Qüvvələri Fələstinin radikal HƏMAS hərəkatının fövqəladə hallar şöbəsinin rəhbəri Hatem Alrameri öldürüb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin Telegram kanalı məlumat yayıb.
Departamentin bəyanatında deyilir: “Gecə İsrail ordusunun kəşfiyyatının göstərişi ilə döyüş təyyarələri Qəzza zolağının mərkəzi düşərgələrində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbəri, terrorçu Hatəm Alrameri vuraraq məhv edib”.
Qeyd edək ki, bundan əlavə, Alramerinin Həmas hərbi birləşməsində əməliyyatçı kimi xidmət etdiyi bildirilir. İDF nümayəndələri də şəxsiyyəti təsdiqləyiblər.
Havar Şəfiyeva






