Malayziya Facebook-un ana şirkəti Meta və TikTok-u zərərli məzmunun monitorinqini artırmağa çağırıb.
Elchi.az Bernama-ya istinadən xəbər verir ki, bu barədə Malayziya polisi və Malayziya Rabitə və Multimedia Komissiyası (MCMC) birgə bəyanat yayıb.
Birgə açıqlamada, TikTok və Meta rəsmiləri ilə dünən keçirilən görüşdə zərərli məzmuna nəzarətlə bağlı razılığın əldə edildiyi bildirilib.
“TikTok və Meta koordinasiya edilmiş qeyri-müəyyən davranışın qarşısını almağa və fırıldaqçılıq və qeyri-qanuni onlayn qumar oyunları kimi zərərli məzmuna qarşı dərhal tədbir görməyə çağırılır”, – deyə məlumatda bildirilir.
MCMC-nin açıqladığı statistikaya görə, sosial mediada zərərli məzmun artıb və 2024-cü ilin ilk üç ayında 51 min 638 fərdi iş işlənmək üçün onlayn platforma provayderlərinə göndərilib.
Bütün 2023-cü ildə bu rəqəmin 42 min 904 olduğu bildirilib.
Açıqlamada, TikTok və Meta-dan yığıncaqda qərar verildiyi kimi hərtərəfli təkmilləşdirmə planı və strategiyasını təqdim etmələrinin istəndiyi ifadə edilib.
Şayəstə Hüseynova





