"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

GÜCLÜ MİLLƏT NECƏ OLUR? 

16 Mart 2015 - 10:30
in KÖŞƏ YAZILARI

0955AD42-3F1B-4D73-9083-0CB7DD09104D_w268_r1_cx0_cy7_cw87Elələri də tapıldı ki, bəzi “qoluzorlu oğlanlar”ın adını çəkib dedilər ki, qadın olduğuna şükr elə, yoxsa sənin kimi düşünənlərin bütün nəslini başa salarlar…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Günel Mövlud

 

 

 

Bir müddət əvvəl Gürcüstanın milliyyətcə azərbaycanlı vətəndaşları barədə bir yazı yazmışdım.

Yazılma məqsədindən tutmuş, içindəki fikirlərə qədər heç bir pis niyyəti, qərəzi olmayan bir yazı idi.

Mənsub olduğum millətin bir çox nümayəndələrinin vətəndaşı olduqları ölkədə mədəniyyətdən uzaq, aqrar, göysatan, ibtidai toplum kimi tanınmasına doğrudan da, ürəyim yanır.

Onlara olan münasibəti və bu münasibətin heç də səbəbsiz olmadığını görmək biz azərbaycanlı kimi hisslərimi təhqir edir.

Mənsub olduğum millətin Gürcüstan parlamentindəki deputatının, ziyalısının öz icmasının problemlərini qabartmaq, təhsilinin qayğısına qalmaq əvəzinə 13-14 yaşlı qızların elçiliyinə getməsi, “nənələrimiz də elə bu yaşda ərə gediblər, tez evlənən peşman olmaz” kimi feodal təfəkkür nümayiş etdirməyi bir azərbaycanlı kimi məni təhqir edir.

Amma bəzi Gürcüstan azərbaycanlıları yazını olduqca aqressiv qarşıladılar. Təhqirlər, hədələr, aşağılamalar baş alıb getdi. Bəziləri şəxsən təhqirə keçdilər, bəziləri hədə-qorxu gəldilər.

Elələri də tapıldı ki, bəzi “qoluzorlu oğlanlar”ın adını çəkib dedilər ki, qadın olduğuna şükr elə, yoxsa sənin kimi düşünənlərin bütün nəslini başa salarlar.

Bu təhqir və hədələrdən belə başa düşdüm ki, onlar yazıdan heç nə başa düşməyiblər.

Başa düşənlər də, tamamilə başqa şey başa düşüblər. Ya da çox yaxşı başa düşüb, sadəcə özlərini hiyləgərliyə vurublar. Belələri heç. Onların niyə cırnadıqları, niyə etiraz eləməyi məlumdur. Heç nə başa düşməyənlər, yanlış başa düşənlər də sübut elədilər ki, yazıdan, sağlam tənqid anlayışından nə qədər uzaqdılar. Sübut elədilər ki, heç vaxt mətbuatla, yazı ilə, mətnlə ciddi təmasları olmadığından, belə şeylər onlara nə qədər yaddır.

Ona görə də, çox pis cırnadılar. Özlərini, eyiblərini mətbuatda görmək, güzgüdə özlərinə baxmaq onlara çox pis təsir elədi. Onlar belə şeyə heç hazır deyildilər. Buna görə də, yazını qəzəblə, aqressiya ilə qarşıladırlar.

Amma ortaya bəzi suallar çıxır. Məsələn, bu adamlar bir yazıya cırnayırlarsa, bir yazı bunları bu qədər əsəbiləşdirə, qəzəbləndirə bilirsə, onda, qat-qat daha ciddi şeylər onlara niyə təsir etmir?

Güvəndikləri, yazı, qələm adamlarının üstünə göndərdikləri o ciddi kişilər, qoluzorlu oğlanlar o ciddi şeylər baş verəndə, Gürcüstan azərbaycanlılarının hüquqları pozulanda harda olurlar?

Məsələn, Azərbaycan kəndlərinin adları dəyişəndə, az qala 100 faizi müsəlman olan kəndlərin girişinə kimlərsə qızışdırıcılıq üçün gətirib xaç qoyanda, o qoluzorlu oğlanlar, ciddi kişilər harda olur? Əlbəttə, şəxsən mənim üçün kəndin adının, girişində xaç, aypara, yoxsa gözmuncuğu asılmağının heç bir fərqi yoxdur.

Amma dini, milli ayrı-seçkilik görəndə, dovlət müəssisələrində sırf azərbaycanlı olduqları üçün sırada axırıncı yerlərə göndəriləndə, dövlət məmurları üstlərinə qışqıranda, üstdən aşağı baxanda, bu onları təhqir eləmədi, şəstlərinə toxunmadı?

Amma bir yazı onların hisslərini təhqir elədi, şəstlərinə toxundu, qəzəbləndirdi və ciddi kişiləri, ciddi oğlanları köməyə çağırmalı oldular?

Bu günlərdə gürcü yazıçısı Mixail Cavaxaşvilinin kitabına yazılmış ön söz diqqətimi çəkdi.

“Ədəbiyyatın ilkin məqsəd və öhdəliklərindən biri də təkcə cəmiyyətin hansısa hissə və ya təbəqəsinin bədii təsviri deyil, bəzən hətta millətin tarixən formalaşmış şübhəli və mənfi tərəflərini yazmaqdır. Çünki heç bir xalq öz kəm-kəsirini görmədən inkişaf edə bilməz. Millət nə qədər güclüdürsə, yazıçının şişirdilmiş tənqidini bir o qədər sakit və təmkinlə qəbul edir, əksinə, bir millət nə qədər zəif və özündən bədgümandırsa, yazıçının sadə həqiqətini bir o qədər ağrılı və əsəbi qarşılayır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lənkəranda tiryəkxana aşkar edildi

Next Post

“Azərbaycan Dəmir Yolları” bayram günlərində fasiləsiz iş rejiminə keçəcək

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Azərbaycan Dəmir Yolları” bayram günlərində fasiləsiz iş rejiminə keçəcək

Rahat Aliyev: İntihar, yoxsa qətl?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.