Nigeriyanın Oyo əyalətində sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 19 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Oyo əyalətindəki korpus xalq təhsili məmuru Jonas Agwu, verdiyi yazılı şərhdə, Sokoto əyalətinə gedən avtobusun Oyo-Ogbomoso şosesində hərəkət edən avtomobillə toqquşduğunu və iki avtomobilin alovlandığını söyləyib.
Qəzada avtobusda olan 20 nəfərdən 19-nun öldüyünü, 1 nəfərin isə yaralandığını qeyd edən Aqvu qəzanın yerli dillə desək, “birtərəfli” qayda pozuntusundan qaynaqlandığını bildirib.
Şayəstə Hüseynova






