Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərq ölkələrini mülayim olmağa çağıraraq, “Biz bütün mübahisələrin yalnız siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq” deyib.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı açıqlamalar verib.
İran-İsrail gərginliyinə də toxunan Peskov, Yaxın Şərqdə gərginliyin artmasından “son dərəcə” narahat olduqlarını ifadə edərək, “Bütün region ölkələrini mülayim olmağa çağırırıq. Gərginliyin artması heç kimin iradəsində deyil. Ona görə də təbii ki, biz bütün mübahisələrin yalnız siyasi və diplomatik üsullarla həll olunmasının tərəfdarıyıq”.
ABŞ və İngiltərənin metal sahəsində Rusiyaya qarşı sanksiyalarını dəyərləndirən Peskov, bu sanksiyaların “qanunsuz” olduğunu vurğulayaraq, “Bu sanksiyalar mütləq onları tətbiq edənlərin maraqlarına mənfi təsir göstərəcək” deyib.
Şayəstə Hüseynova






