"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AÇG-dəki yeni ACE platformasından hasilat başlanıb

16 Aprel 2024 - 15:18
in İQTİSADİYYAT
#image_title

#image_title

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlanıb.

Elchi.az xəbər verir ki, bu barədə “Report”a AÇG layihəsinin operatoru BP şirkətindən məlumat verilib.

BP-nin strategiyası bu günün enerji sisteminə, yəni ACE kimi layihələrin işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.

ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Bundan əlavə, Xəzər dənizində BP-nin əməliyyatçısı olduğu Şahdəniz qaz yatağında daha iki platforma istismardadır.

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.

BP-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond: “BP-nin tam qurudan idarə olunan ilk dəniz platformasını təhlükəsiz şəkildə inşa edən və istismara verən bp komandası ilə çox qürur duyuram. Bununla həm şirkətimiz, həm də daha geniş miqyasda bütün sənaye üçün innovativ mühəndislik və rəqabətədavamlı layihə həyata keçirilməsinin yeni standartı müəyyən edilmiş olur.”

ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emissiyaları azaltmağa da kömək edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “ACE platformasının uğurla işə salınması bp, SOCAR və Azərbaycan hökuməti arasında davamlı sıx əməkdaşlığın və tərəfdaşlarımızın dəstəyinin əsl nümayişidir. Bu nailiyyətin AÇG-nin 30-cu ildönümündə əldə olunması bu dünya miqyaslı yatağın işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir.”

“Biz artıq Xəzərdə doqquz dünya səviyyəli hasilat platforması inşa etmişik, quraşdırmışıq və təhlükəsiz şəkildə idarə edirik. Bunların arasında ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, “gələcəyin platforması” olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik.”

ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.

AÇG layihəsində iştirak payları: BP (30,37 %), SOCAR (25,0 %), MOL (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh” (2,31 %).

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NATO üzvü Ukraynanın alyansa qoşulmasına mane olub

Next Post

Dövlət başçısı: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Dövlət başçısı: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Dövlət başçısı: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Zelenski: ABŞ-nin Ukraynaya yardım etməməsi utancvericidir

Zelenski: ABŞ-nin Ukraynaya yardım etməməsi utancvericidir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.