Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Böyük Vətən Müharibəsi illərində SSRİ ərazisində nasist cinayətləri ilə bağlı notasına cavab verəcəyini vəd edib.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Alman departamenti notadan xəbərdar olduqlarını və ona cavab verəcəklərini bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Berlin Rusiyanın Böyük Vətən Müharibəsi illərində Üçüncü Reyxin SSRİ ərazisində törətdiyi cinayətlərin rəsmən tanınması tələbi ilə göndərdiyi notaya hələ də cavab verməyib.. O xatırladıb ki, müraciət Almaniyaya 2024-cü ilin martında göndərilib. Zaxarova həmçinin qeyd edib ki, Moskva Berlinin “uzun illərdir inadla kənara atdığı” Leninqradın mühasirəsindən sağ çıxan qeyri-yəhudilərə Almaniya hakimiyyətindən humanitar ödənişlər istəməyə davam edəcək.
Nuranə Məmmədova






