Müsavat bu partiyanın fəal üzvü Sirac Kərimli haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə bağlı bəyanat yayıb.Musavat.com həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırır:
“Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyət tərəfindən şərlənərək həbc edilən, beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan Sirac Kərimli haqqında heç bir qanuni əsas olmadan 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökm çıxarıb.
Müsavat Partiyası məhkəmənin siyasi sifariş əsasında qəbul etdiyi bu qərarı hakimiyyətin repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşları siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq cəhdi kimi qiymətləndirir. Məcburi köçkün həyatı yaşamağan məcbur olan, iki övlad atası Sirac Kərimliyə qarşı həyata keçirilən bu haqsızlıq Azərbaycan hakimiyyətinin simasını nümayiş etdirir.
Müsavat Partiyası vicdan məhbusu Sirac Kərimlinin və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir”.



