Tələbə Qəbulu üzrə Dövlət Komitəsi imtahan nəticələrini elan edib.
Musavat.com-un Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticələr rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edən şəxslərə aiddir. İmtahanda iştirak etmiş namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytına daxil olaraq və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.



