“Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında şəxsi görüş qısa müddətdə baş tuta bilər”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.
“Yenə də bununla bağlı heç bir siqnal olmadı. Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bu və lazım gələrsə, digər təxirəsalınmaz məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – deyə Peskov rus sərhədçilərinin geri çəkilməsi ilə bağlı açıqlamaları şərh edərkən bildirib.
Yeganə






