Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxaran riskləri görür. Onun sözlərinə görə, Qərb Kiyev rejimini dəstəkləməklə, nüvə silahına malik dövlətlər arasında birbaşa hərbi toqquşma riskini daşıyır.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Moskva Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçıları qarşısında çıxış edən Lavrov Qərbin hərəkətlərini təhlükəli və fəlakətli nəticələrə gətirib çıxara bilən hərəkətlər adlandırıb. Onun sözlərinə görə, Qərb nüvə dövlətlərinin üçlüyünün Kiyevin əsas sponsorları arasında olması xüsusi narahatlıq doğurur.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, qlobal silahlara nəzarət, tərksilah və nüvə silahlarının yayılmaması sistemi məhv edilib. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi təhlükə altındadır. Qərb ölkələri bundan arzuolunmaz ölkələrə siyasi təzyiq üçün istifadə edirlər. Lavrov əlavə edib ki, bəzi ölkələr silahsızlaşdırma bayrağı altında Rusiya və Çinin nüvə arsenalına nəzarəti gücləndirməyə çalışırlar.
Moskva əmindir ki, yalnız birgə səylərlə beynəlxalq təhlükəsizliyin yenilənmiş arxitekturasını yaratmaq olar. Lavrovun sözlərinə görə, ABŞ-ın da eyni şeyi edəcəyi təqdirdə Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasını müzakirə etməyə razıdır.
Lavrov onu da qeyd edib ki, hələlik ABŞ-la qlobal sabitliklə bağlı danışıq üçün heç bir əsas yoxdur. Vaşinqton Rusiya Federasiyasına qarşı total hibrid müharibə aparır.
Yeganə






