Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev xüsusi əməliyyat keçirən Rusiya ordusunun güclü tərəflərini tanımalıdır.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Zelenski bu dəfə fransız bloqqer Huqo Traverə müsahibə verib. Müsahibi Kiyev rejiminin rəhbərindən Ukraynadakı münaqişə ilə Yaxın Şərqdəki gərginlik arasında hər hansı əlaqə görüb-görmədiyini soruşub. Zelenski cavab verib ki, dünyada ümumi vəziyyət indi Rusiyanın əlindədir.
Xatırladaq ki, son həftələrdə Rusiya tərəfi xüsusi əməliyyatın bir çox bölgələrində hücuma keçib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski fevralda Ukrayna qoşunlarının hücumdan müdafiəyə keçdiyini bildirib.
Yeganə






