Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Roskomnadzor VPN xidmətlərindən istifadə edərək blokdan yan keçməyi minimuma endirmək üçün səy göstərir. Bununla belə, istifadəçilərə məhdudiyyətlərin tətbiqi gündəmdə deyil.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Bu hərəkətlərə görə hər hansı sanksiyaların nəzərdən keçirildiyindən xəbərim yoxdur”, – deyə Peskov bildirib.
O, qeyd edib ki, Roskomnadzorun səyləri arzuolunmaz və qadağan olunmuş saytların bloklanmasından yan keçmək imkanlarını azaltmağa davam edəcək.
Yeganə






