
Amerika Birləşmiş Ştatlarında 1980-ci ildən bəri gizli qalan cinayətin üstü açılıb.
ANS PRESS-in məlumatına görə, milyonçu Robert Darst onunla bağlı sənədli film çəkilişindən sonra arvadını öldürdüyünü etiraf edib. Darst çəkilişdən sonra üzərindəki mikrofonun açıq olduğunu unudub və vanna otağında öz-özünə baş verən hadisələri pıçıldamağa başlayıb. Mikrofona düşən səsyazısı isə bu cürdür. “Bu da belə, sən yaxalandın. Lənətə gəlsin, mən nə etdim? Əlbəttə, onların hamısını mən öldürdüm”
1980-ci ildə Darstın həyat yoldaşı naməlum şəkildə yoxa çıxmış, polis faktla bağlı istintaq araşdırması başlatmışdı. Darst, eyni zamanda, digər bir neçə qətl cinayətində də ittiham olunub. Lakin hər dəfəsində ittihamlardan yaxa qurtara bilib.
Amerika məhkəməsi işə yenidən baxılması üçün qərar verib.



