"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev

25 Aprel 2024 - 22:34
in Cebhe-banner, MANŞET
#image_title

#image_title

“Ədalətli, mülki, demokratik cəmiyyət, hüquq dövləti qurmaq üçün addım-addım irəli getməliyik”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya


Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Prezidentin Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməsi ehtimalını istisna etməməsi bəlli dairələrin kəskin tənqidinə səbəb olub. Sizin bu məsələyə münasibətiniz necədir?

-Mən hesab edirəm ki, Azərbaycanın yaxın gələcəkdə Aİİ-yə üzv olması milli maraqlarımıza cavab verərdi. Əlbəttə, daha yaxşı olardı ki, Türkiyə və İran da bu İttifaqa qoşulsun və kimlərsə bunu Rusiyanın SSRİ-ni bərpa etməsi kimi qələmə verə bilməsin. Yavaş-yavaş Avrasiya İttifaqını Avropa İttifaqı modelində formalaşdıra bilərik. Vahid viza rejimi, vahid gömrük sərhədləri, vahid valyuta, vahid birgə bazar və s. olsun. Avropa İttifaqı ilə Çin arasında güclü yeni Avrasiya ittifaqının yaranması sülhə və təhlükəsizliyə ciddi töhfə verər, regionda sağlam rəqabətə yol açmış olardı. Biz bu İttifaqa qoşulmaqla ölkəmizdə azad bazar iqtisadiyyatının institusional bazasını daha tez və asan yarada bilərik. Hazırda xalqımızın inkişaf səviyyəsi və mövcud reallıqlar təkbaşına bunu etməyə imkan vermir. Özümüzə tənqidi yanaşmağı bacarmalı, həqiqətləri söyləməkdən qorxmamalıyıq. Özümüzə güvənməli, başqa xalqların təsiri altına düşəcəyimizdən çəkinməməliyik. Tam suverenlik və müstəqillik hayqırtıları, şüarları bizi bir çox sahələrdə deqradasiyaya və özünəqapanmağa gətirəcək, inkişaf etməkdə olan xalq kimi əldə etdiklərimizin çoxunu itirəcəyik. Dünyada müqayisədə ən müstəqil və suveren ölkə Şimali Koreyadır. Biz şərqli mentalitetinə sahib olsaq da, zamanla mənfi təsirlərlə yanaşı, Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik, dünyəvi dövlət qurmuşuq, ölkəmizdə elm, təhsil, səhiyyə, mədəniyyət müəyyən səviyyəyə qədər inkişaf edib. İnkişaf etmiş xalqlarla birlikdə olmaq bizi özünütəcriddən qoruyar, iqtisadi sferada ölkəmizi rəqabətədavamlı edər.

-O halda daha doğru olmazmı ki, elə birbaşa Avropa İttifaqına qoşulaq,bu istiqamətdə səy göstərək?

-Arzular başqadır, reallıqlar başqa. Qərbə inteqrasiya olunmaq üçün böyük bir inkişaf yolu keçməliyik. Həm də, orda kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır. Türkiyə gözümüzün önündədir. Bizimlə müqayisədə inkişaf etmiş, amma mentalitet baxımdan bizə daha yaxın qonşu ölkələrlə daha sıx inteqrasiya olunmaq imkanları var və bu imkanı qaçırmamalıyıq. Dövlətlərarası müqavilələrlə qorunan biznes, yaradılacaq birgə müəssiələr daha sürətlə inkişaf edəcək. İnhisarçılığa və proteksionizmə zərbə vurulacaq, rəqbət mühiti yaranacaq. Avrasiya İqtisadi İttifaqına üzvülük Avropa təsisatları ilə əməkdaşlığı istisna etmir. Bacardığımız səviyyədə Avropa institutları ilə də əməkdaşlıq etməliyik. Ədalətli, mülki, demokratik cəmiyyət, hüquq dövləti qurmaq üçün addım-addım irəli getməliyik. Bu, təkamül yoludur.

Türkiyə ilə yanaşı İranın da bu İttifaqa üzvülüyünə nail olmaqla biz İrandakı soydaşlarımızla, digər türk xalqları ilə vahid məkanda bütövləşə bilərik. Bu, xalqımızın ən böyük arzularından biridir. Bunu da heç vaxt yaddan çıxarmamalıyıq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

Next Post

Neft yenidən bahalaşdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Neftin bu günə olan qiyməti

Neft yenidən bahalaşdı

Bakı ilə İrəvan bir-birini dəstəkləyəcək – İlk dəfə

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.