
Külli miqdarda narkotikin Gürcüstana Azərbaycan ərazisindən keçirildiyi bir daha təsdiqləndi; idarə rəisinin yalanı ifşa olundu!
Azərbaycan üzərindən Gürcüstana keçirilən 2 ton 790 kiloqram maye heroin işində məhkəmə hokum elan edilib.Gürcüstanın Batumi şəhər məhkəməsi bu iş üzrə ittiham olunan Türkiyə vətəndaşı Bayram Coşqu niyə qiyabi olaraq ömürlük həbs cəzası çıxarıb. Gürcüstan vətəndaşı-Yevgeni GorqadzevəTürkiyəvətəndaşı Şefik Semzi oğlu isə bəraət alıb.
Məhkəmədə narkotikin Azərbaycan sərhədlərini aşaraq Gürcüstana daşındığı qeyd olunub. Maraqlıdır ki, bu fakt Azərbaycan rəsmiləri tərəfindən ciddi cəhdlə inkar edilir. Hətta Azərbaycan Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin rəisi Ülvi Zülfüqarov AzTV telekanalının efirində bildirib ki, narkotiklərlə dolu nəqliyyat vasitəsi Azərbaycan ərazisindən Gürcüstana keçməyib. 2015-ci il fevralın 1-də trend.az idarə rəisinin həmin müsahibəsinin (http://az.trend.az/business/economy/2359367.html) stenoqramını yayınlayıb.İstintaq İdarəsinin rəisinarkotikin ölkəmizin ərazisindən keçirilməsini inkar etmişdi: “Yəni, narkotik vasitələrlə yüklənmiş maşının Azərbaycan ərazisindən keçdiyini demək əsassızdır”.
Yada salaq ki, 2014-cü il iyulun 12-də Gürcüstan DİN-in əməkdaşları Azərbaycan üzərindən keçib bu ölkəyə daxil olan yük maşınında axtarış apararkən maye halında olan 2 ton 790kiloqram maye heroin aşkar ediblər. Heroin maye sabun adı altında 93 ədəd 30 kiloqramlıq çəlləkdə qablaşdırılıb və yuyucu maddə adı altında Moldovaya aparılmalı idi. Heroinin orada saflaşdırılandan sonra Avropaya keçirilməsi planlaşdırımışdı. Külli miqdarda narkotik partiyası ələ keçəndən 2 həftə sonra Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bəyan etmişdi ki, yük Əfqanıstan mənşəlidir, Gürcüstan hüquq-mühafizə orqanlarının məlumatına görə “Taliban”a məxsus imiş və İrandan Azərbaycan ərazisinə keçirilib.Ötən ilin oktyabrında prokuror yük maşınının sürücüsünə qarşı ittihamı geri götürüb və onu məsuliyyətdən azad edib. Sürücü ifadəsində yükün sifarişçisinin Türkiyə vətəndaşı Bayram Coşquni olduğunu bildirib. Gürcüstan hüquq-mühafizə orqanları bu heroin tranzitini təşkil edən digər şəxsləri aşkara çıxarmaq üçün qonşu ölkələrin, o cümlədən Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Narkotranzitdə Azərbaycanın adı hallandıqdan sonra prezident İlham Əliyev qanunsuz daşıma ilə bağlı araşdrımaları şəxsi nəzarətinə götürdüyünü bəyan edib.



