ABŞ-ın Şimali Karolina ştatında balaca qızın “Otaqımda canavar görürəm” şikayətləri əsasında aparılan araşdırmada otağından 60 mindən çox arı çıxarılıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərindəki fermada yaşayan 3 yaşlı Seylor Class otağında canavar gördüyü üçün valideynlərinə şikayət edib.
Classın valideynləri əvvəlcə kiçik qızlarının şikayətini təxəyyülün məhsulu olduğunu düşünərək rədd ediblər.
Ana Massis Class, qızının şikayətlərini çox da ciddiyə almadıqlarını ifadə edərək, “Mən hətta qızıma bir şüşə su verdim və canavarı görəndə bu suyu sıxmasını istədim” dedi.
Şikayətlər artdıqca ailə hərəkətə keçib
Lakin sonrakı aylarda Saylor Classın otağında baş verən hadisə ilə bağlı şikayətləri daha da artdı.
Massis Class çardaqda və baca yaxınlığında arıların olduğunu görəndən sonra 3 yaşlı qızının şikayətlərini nəzərə almağa başlayıb.
Çardaqda on minlərlə arı
Ailənin evə dəvət etdiyi arıçı kiçik qızın yataq otağının tavanında arıların uçduğunu görüb.
Arıçı özü ilə gətirdiyi termal kamera ilə kiçik qızın otağının divarını skan edib və çardaqda on minlərlə arının yuva saldığını aşkar edib.
Şayəstə Hüseynova






