Bildirilib ki, Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəsin yaradılması və məhbusların azad edilməsi ilə bağlı davam edən danışıqlarda İsrail və HƏMAS arasında mübahisəli məqamların həlli istiqamətində danışıqlar davam edir.
Elchi.az xəbər verir ki, Misirin Əl-Qahera News televiziyasına yüksək səviyyəli bir mənbə deyib: “Atəşkəs razılaşmasına nail olmaq üçün səylər müsbət atmosferdə davam edir”. deyib.
“Misirdə iki tərəf (İsrail və HƏMAS) arasında bəzi mübahisəli məqamların həlli üçün bütün aidiyyəti tərəflərlə məsləhətləşmələr aparılır”, – deyə adı açıqlanmayan mənbə bildirib.
Aprelin 26-da Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşması təklifinin HƏMAS-a təqdim edildiyi və HƏMAS-ın bu təklif üzərində çalışdığı və tezliklə cavab verəcəyi açıqlanıb.
Bildirilib ki, HƏMAS-ın nümayəndə heyəti aprelin 22-də atəşkəs təklifini müzakirə etmək üçün Qahirəyə gedib.
İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox israilli məhbus var.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb.
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 34 mindən çox fələstinli, o cümlədən 24 mindən çox qadın və uşaq həlak olub.
Şayəstə Hüseynova






