Britaniya Şərqi Afrika ölkəsi Ruandaya qeyri-qanuni mühacir göndərmək planını həyata keçirib. Ölkəyə qanuni yolla gəlib sığınacaq istəyən şəxs 3 min lirə qarşılığında Ruandaya göndərilib.
Elchi.az xəbər verir ki, Böyük Britaniyanın Şərqi Afrika ölkəsi Ruandaya qeyri-qanuni mühacir göndərmək planı keçən həftə qanuna çevrildi.
İlk deportasiya “könüllü deportasiya proqramı” çərçivəsində həyata keçirilib.
Ölkəyə qanuni yolla daxil olan və sığınacaq istəyən Afrika əsilli mühacir 3 min lirə qarşılığında Ruandaya getməyə razılaşıb.
O, həftənin əvvəlində planlı uçuşla Ruandaya göndərilib. Ruanda Böyük Britaniyadan qeyri-qanuni mühacirləri deportasiya edə bilməyəcək.
Bu insanların Böyük Britaniyaya qayıtmasına icazə verilməyəcək.
Qeyri-qanuni immiqrantları daşımaq üçün ilk uçuşların 10-12 həftə ərzində başlaması planlaşdırılır.
Şayəstə Hüseynova






