"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib-YENİLƏNİB-VİDEO

01 May 2024 - 18:57
in XƏBƏR LENTİ
#image_title

#image_title

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.

Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi bildirildi.

Prezident İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, eyni zamanda, bu ölkələrin dini liderləri arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini qeyd etdi və vurğuladı ki, bu əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Dövlətimizin başçısı qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərinin önəminə toxunaraq bu səfərin orada gedən proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.

Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın salamlarını dövlətimizin başçısına çatdırdılar.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə və Ersin Tatara çatdırmağı xahiş etdi.

Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən dini liderlər bu Forumun önəmini vurğuladılar, dövlətimizin başçısının Forumda məzmunlu çıxışının onlara dərin təəssürat hissi bağışladığını dedilər. Qonaqlar bu tədbirin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinə söykənən tarixi, dini, mədəni köklərimizin bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğuladılar.

Prezident İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu dedi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini azadlıqların təmin olunması, islami dəyərlərin qorunması işinə dövlət səviyyəsində göstərilən qayğıya, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tarixi-dini abidələrimizin, məscidlərimizin bərpasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi olaraq qeyd etdi, Fondun dini-mədəni sərvətlərimizin qorunmasında oynadığı rolu vurğuladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda dini dəyərlərin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini dərin ehtiramla yad etdi. (Azərtac)

#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-da tornado: 22 ev dağıldı, 1 nəfər öldü

Next Post

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu – MN

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu – MN

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Borrel: “Ukrayna gələcəyini Aİ ilə əlaqələndirmək üçün tarixi imkana malikdir”

Borrel: "Ukrayna gələcəyini Aİ ilə əlaqələndirmək üçün tarixi imkana malikdir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.