"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir

18 Mart 2015 - 12:29
in XƏBƏR LENTİ

Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimlər başlayıb.
APA-nın Çanaqqalaya ezm olunmuş Türkiyə müxbirinin xəbərinə görə, bu gün səhər Çanaqqala şəhərinin Cümhuriyyət Meydanında keçirilən ilk mərasimdə müdafiə naziri İsmət Yılmaz Çanaqqala savaşlarının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə çələng qoyub. Daha sonra 21 dəfə top atəşi açılıb, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.
Mərasimlər silsiləsi 19 mart stadionunda davam edəcək.
Qeyd edək ki, Çanaqqala savaşı I Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlı İmperiyası ilə Antanta bloku üzrə müttəfiqlər arasında dənizdə və quruda baş verib. Müttəfiqlər Osmanlı İmperiyasını paytaxtı İstanbulu ələ keçirərək İstanbul və Çanaqqala (Bosfor və Dardanel) boğazlarını nəzarət altına almağı qarşılarına məqsəd qoyublar. Mübarizə 1915-ci ilin yanvar-fevral aylarında taktiki gedişlərlə şiddətlənincə ingilislər Aralıq dənizi səfəri ordusunu, Osmanlının İttihad və Tərəqqi hökuməti isə alman komandan van Sandersin komandanlığında 5-ci ordunu qurmuşdu. Alman generalın ləng addımlarına qarşı çıxan 57-ci alay komandanı, polkovnik Mustafa Kamal təşəbbüsü öz üzərinə alaraq düşmənin 15 min nəfərlik ordusuna qarşı 5 min əsgərlə savaşa girmişdi. Əsgərlərinə “Sizə ölməyi əmr edirəm!” – deyən polkovnik Mustafa  Kamal onların cəbhədən geri çəkilməsini əngəlləyərək süngüylə vuruşmağa təşviq etmişdi. İlk qələbənin qazanılmasından sonra Anafartalar qrupunun komandanlığına gətirilən Mustafa Kamal işğalçı orduların Gelibolu yarımadasından tamamilə təmizlənməsi üçün 259 gün mübarizə aparmışdı. Tarixin gedişatının dəyişdirməsi baxımından Çanaqqala savaşlarında türklərin qələbəsi  XX əsrin ən böyük hadisəsi sayılır. Çanaqqala savaşı həm də Mustafa Kamal kimi hərbi və siyasi bir dühanı tarix səhnəsinə çıxaran olay kimi tarixə keçib. 1919-cu ilin mayında vətən torpaqlarının azad edilməsi üçün İstiqlal savaşını başladan Mustafa Kamal, işğalçıları ölkədən çıxarandan sonra 23 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində imzalanan sazişlə ölkəsinin qələbəsini təmin edərək 29 oktyabrda Türkiyə Cümhuriyyətini elan edib.
Türkiyənin tanınmış televiziya jurnalisti, TRT kanalının Bakıdakı keçmiş təmsilçisi, Marmara Universitetinin müəllimi Əbdülhəmid Avşar 1912-ci ildəki Balkan savaşlarından başlayaraq Çanaqqala savaşı və İstiqlal savaşına Azərbaycandan göndərilən yardımlar və savaşda iştirak edən azərbaycanlı əsgərlər və həmçinin Azərbaycanın müstəqilliyinə Osmanlı tərəfindən verilən dəstək barədə üç hissəli sənədli film hazırlayıb. Çanaqqalada yatan Azərbaycan şəhidlərinin məzarları son 10 ildə Azərbaycan dövlətinin də dəstəyi ilə bərpa edilib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ağ Evə sianidli məktub göndərilib

Next Post

Sabahın hava proqnozu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sabahın hava proqnozu

Tehrandan İraqa yeni raket sistemi göndərilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.