"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır – Politoloq

02 May 2024 - 15:21
in SİYASƏT
#image_title

#image_title

Azərbaycanın təqdim etdiyi sülh müqaviləsinin maddələrindən biri də Ermənistanın konstitusiyasında dəyişikliyin olmasıdır. Bu məsələ Ermənistanda bir mənalı qarşılanmır. Burada bəzi diqqət çəkən məqamlar da cəmiyyətdə sual doğurur. Əgər Ermənistan buna razı olmasa, bu maddəyə alternativ nə ola bilər?

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 Elchi.az xəbər verir ki, mövzu ilə bağlı Herbiand.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı bildirib ki, Ermənistan öz konstitusiyasında Qarabağın Ermənistan ərazisi olduğunu qeyd edib. Bununla da bir daha Azərbaycana torpaq iddiasını ortaya qoyub. Bu da Azərbaycanın dövlət və milli maraqlarına cavab vermir. O baxımdan Azərbaycan Ermənistanla sülh sazişinin həll olunması istiqamətində müəyyən məsələləri müzakirə etməlidir.

Politoloq, həmçinin Ermənistan tərəfinin də müəyyən tələblərinin ola biləciyini söyləyir:

“Biz 1991-ci ildə ikinci dəfə öz müstəqilliyimizi əldə edəndə oktyabrın 18-də açıq formada bildirdik ki, Azərbaycan 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Demokratik Cümhuriyyətinin varisidir. O zaman da Azərbaycanın ərazisi bilirik ki, 114 min kvadrat km olub və İrəvan da Azərbaycanın ərazisi kimi göstərilir. Onlar da deyir ki, bu məsələyə də Azərbaycan baxmalıdır. Çünki İrəvan, Zəngəzur və digər ərazilər onlara verilib. Bu baxımdan onlar da fikirləşir ki, biz Zəngəzura iddia edirik”.

Politoloq qeyd edib ki, biz əgər sülh sazişini həqiqətən də əldə etmək istəyiriksə, Ermənistan birmənalı şəkildə Qarabağ iddiasından əl çəkməlidir:

“Ermənistan ideoloji bir virusa yoluxub. Onlar nəinki Qarabağ, bütövlükdə xəstə təfəkkürlərindən əl çəkməlidir. Biz bilirik ki, 20-ci ildə Zəngəzur verilib. Amma buna baxmayaraq, 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzvlüyə qəbul olanda Zəngəzuru Azərbaycan ərazisi kimi təqdim etməmişik. Biz həmin ildə Azərbaycan ərazisinin 86,6 kv km olduğunu təqdim etmişik. Yəni Azərbaycanın başqa torpaq iddiası yoxdur. Yalnız 86,6kv km-dən söhbət gedir. Bura Qarabağ, Xankəndi, Xocalı, Şuşa və Qarabağ ətrafı ərazilər də daxildir. Bu ərazilərə Ermənistanın hər hansı bir iddiası olmamalıdır. Növbəti dəfə belə bir xülyaya düşməmək üçün konstitusiyalarında dəyişiklik etməlidirlər. Bunun heç bir alternativi yoxdur. Bütün hallarda Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri birbaşa həm konstitusiyasından çıxarmalı, həm də başlarındakı təfəkkürlərindən silib atmalıdırlar. Ondan sonra digər ölkələr kimi, yəni Gürcüstan, Rusiya və s. kimi Azərbaycanla normal qonşuluq əlaqələri qurula bilər”.

Politoloq onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti də bilməlidir ki, bütün hallarda bütün müharibələrin sonu sülhlə bitir. Bundan sonra əgər Ermənistan bu şərtləri qəbul edərsə, hər hansı bir iddia fikrinə düşməzlərsə, onlarla qarşılıqlı əlaqələrin qurulması yarana bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İngiltərəni bir gecədə 35 min ildırım vurdu

Next Post

DİM imtahanlarla bağlı məlumat yaydı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.