"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xədicə İsmayılın tarixi etirafı

18 Mart 2015 - 18:32
in XƏBƏR LENTİ
“Azərbaycana səfər edən amerikalı və ya avropalı rəsmilər bu ölkədəki rejimi açıq şəkildə tənqid etmirlər. Hətta bu səfərlər zamanı siyasi məhbusların azadlığa buraxılması məsələsi də qaldırılmır… Rejim “Azadlıq” radiosuna və mənə qarşı yeni ittihamlar irəli sürməyə hazırlaşdığı bir vaxtda Viktoriya Nuland Əliyevin cib müxalifətilə saxta dialoq şousunu yüksək qiymətləndirdi”…

Həbsdə olan Xədicə İsmayıl “Azadlıq” qəzetinə yolladığı yazıda  belə yazır. Tamamilə doğrudur. Maraqlı olan odur ki, mən bu barədə yazanda Xədicə İsmayıl və məlum çevrəsi bu fikirləri süngü ilə qarşılayırdı. İndi isə özləri etiraf edir ki, Qərb neft və qaz maraqları naminə Azərbaycanda demokratiyaya arxa çevirib. Əslində 2003-cü ildən, yəni İlham Əliyev prezident olandan sonra vəziyyət bu minvalla gedir…
Qərb Azərbaycan müxalifətini siyasi səhnədə epizodik rolla kifayətlənməyə məcbur edib. Onlar demokratik düşərgədən cənab Əliyevə qarşı təzyiq vasitəsi kimi yararlanırlar. Azərbaycan prezidenti BP-nin quyruğunu tapdalayan kimi Britaniya mətbuatında hər kəsin yadına düşür ki, Azərbaycanda onlarla siyasi məhbus var, seçkilər saxtalaşdırılıb, demoktatiyadan isə danışmağa belə deyməz. Böyük Xor kopellası  BP-nin dirijor çubuğu ilə səs-səsə verir. Lazım gələndə simfoniyaya da keçirlər. Almaniya mətbuatı da eyni üsulla İlham Əliyevə təzyiq göstərir. İqtisadi maraqları nəzərə alındıqdan sonra Almaniya mediası yenidən ağzına su alır. Qarabağlılar demişkən, dilini dinməz yerinə qoyur. Norveç, Fransa, ABŞ da beləcə, hətta Türkiyə də ara-sıra belə oyunlara əl atır…
Azərbaycanda bir müddət belə bir fikir yayılmışdı ki, Amerikada demokratlar iqtidara gələn kimi bizdə də demokratlar iqtidara gələcək. Respublikaçılar həmişə avtoritar rejimləri müdafiə ediblər. Yəni, respublikaçılar pisdir, bizim işimizə yaramır, amma demokratlar bizim adamdır. Siyasətə belə sadəlövh yanaşmalar çoxdan arxada qalıb. İndi çoxları başa düşür ki, böyük siyasət qarşılıqlı maraqların uzlaşmasına xidmət edir.
Bu sirr deyil ki, Qərb mediası Qərbin iqtisadi və siyasi maraqlarının müdafiəsində ən effektli vasitələrdən biridir. Ona görə də Qərb medianın inkişafına xüsusi önəm verir. Dünyanın xəbər məkanına daxil olan məlumatların az qala 95 faizi Qərbə məxsus informasiya agentliklərində hazırlanır. Elə bu səbəbdən də Qərb təbliğat müharibəsində həmişə öndədir…
Bizdə də media bu və ya digər iddialı qüvvələrin siyasi maraqlarını özündə ehtiva edir. Azərbaycanda media cüzi istisna ilə iqtidarın nəzarətindədir. İstisnalardan biri də “Azadlıq” qəzetidir. Onu oxusanız, sizdə belə bir təəssürat yaranacaq ki, YAP bu gün də olmasa, sabah iqtidardan gedəcək. Bu, qaçılmaz bir aqibətdir. Müxalifət isə (təbii ki, bu qəzetin arşınına görə yalnız və yalnız AXCP “real” müxalifətdir. Əli Kərimli isə əvəzolunmaz liderdir ) hakimiyyətin bir addımlığındadır. Əlbəttə, bu illüziyadır.
Fakt budur ki, demokratik düşərgə Qərbə yalnız İlham Əliyevə qarşı təzyiq aləti kimi lazımdır. Ona görə də Azərbaycanda demokratik ab-hava üfunət qoxuyur. Çünki siyasi proseslər təbii axarından çıxıb. Müxalif qüvvələrin hakimiyyətdə və parlamentdə kiçik proporsiyada iştirakına belə imkan verilmir.
Bir daha Xədicə xanımın sözügedən yazısına qayıdıram. O, yazır: “Mənim demokratik institutlar və ölkələrdən gözləntilərim var… Hələ də gözləntilərim qalmaqdadır. Onların hərəkətsizliyi ağrıdır”… 
Maraqlı etirafdır. Ancaq onların hərəkətsizliyindən  ağrıyan təkcə Xədicə İsmayıl deyil. Bütövlükdə demokratik düşərgə xroniki xarakter almış bu ağrılardan əziyyət çəkir.
Bir məqama da toxunmaq istərdim. Şübhəsiz ki, Xədicə xanım onun imzaları ilə yayınlanmış bəlli araşdırmalara görə həbsdədir. Həmin araşdırmalarda isə hakim ailənin biznes layihələrindən söhbət açılırdı. Ancaq o da doğrudur ki, Xədicə xanıma həmin məlumatların əsas hissəsi məhz ABŞ-ın müəyyən maraqlı dairələri tərəfindən ötürülmüşdü. Yeri gəlmişkən, Azərbaycan iqtidarı da bu üsuldan istifadə edir…
Təbii ki, Xədicə xanım maraqlarını ifadə etdiyi Amerikadakı həmin dairələrin indiki susqunluğundan son dərəcə məyusdur. Ancaq ABŞ-da belə şeylər olur. Məsələn, Fərhad Əliyev Madlen Olbraytın güdazına getmədimi?…
Bir dəfə bunu yazmışdım. Xədicə İsmayılın faktiki rəhbərlik etdiyi “Azadlıq” radiosu (Azərbaycan bürosu) vaxt var idi İlham Əliyevi “Səs” qəzeti səviyyəsində tərifləyirdi. Bu radio məhz Əliyevlərin istəyi ilə Mirzə Xəzər kimi nəhəngi işdən çıxardı, daha doğrusu Mirzə müəllimi satdı. Buna baxmayaraq, İlham Əliyev “Azadlıq” radiosuna Azərbaycanda radio-tezlik vermədi. Çünki o, yaxşı bilirdi ki, indi onu tərifləyən “Azadlıq” radiosu  müəyyən müddətdən sonra valı asanlıqla çevirə bilər.  İndi də bu proses davam edir. Bu dəfə də Xədicə İsmayılı satdılar…
Allah bazar versin…

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Moskvada suallara cavab verir – CANLI YAYIM

Next Post

Neft ucuzlaşıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft ucuzlaşıb

Avronun Azərbaycan manatına qarşı möhkəmlənməsi davam edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.