
Rusiya mətbuatında Kremlə rəhbərlik edən liderlər və onların oxşarları, həqiqi dövlət başçılarının oxşarları ilə əvəz olunması ilə maraqlı məqalə dərc olunub. Avropa.info saytı həmin məqaləni təqdim edir:
Hər kəs bilir ki, Yetltsinin oxşarları olub, Putinin də oxşarları var. Əgər oxşarlar varsa, onları kim idarə edir?
Tarix boyu liderlərin oxşarlarını təhlükəsizlik məqsədilə işlədiblər. Bu şəxslərdən biri Stalindir. O, həyatı üçün qorxurdu və şəxsən oxşarlarını özü seçirdi. Onun oxşarlarından biri SSRİ xalq artisti Feliks Dadayev idi. 1996-cı ilə kimi onun haqda məlumat məxfi saxlanılırdı. Foto aşkara çıxandan sonra məlum oldu ki, Stalinlə eyni adamdırlar.
Lakin bizim zəmanədə də prezidentləri başqa adamlarla əvəz edirlər.

Oxşarlar nəinki orijinalın kopiyası kimi görünür, həmçinin ictimai tədbirlərdə iştirak edir, rəsmi bəyanatlar verirlər. Oxşarlar Yeltsini əvəz edib, Putini də əvəzləyirlər.
Tarixi faktlara baxaq. Rusiyanın birinci prezidenti Boris Yeltsin 1996-cı ildə infarkt keçirdi. 1997-ci ildə müalicədən qayıdanda onun zahiri görünüşü xeyli dəyişdi. O, daha cavan görünürdü və çox arıqlamışdı.
Deyirlər ki, əvvəlki Yeltsindən fərqli olaraq, təzə Yeltsinin bütün barmaqları yerindədir.
Yeltsin Kremlə 1997-ci ilin əvvəlində qayıtdı və Putinin karyerasının yüksəlişi başladı. 1997-ci ilin 26 martında Putin Rusiya prezidenti aparatına nəzarət edən adama çevrildi. 1 il sonra o, Kremlin ən qüdrətli simalarından biri sayılırdı. 1998-ci ilin yayında FTB-nin direktoru oldu. 1999-cu ilin mayında isə Yeltsin öz hakimiyyətini Putinə vermək qərarına gəldi. 9 avqustda Putini öz davamçısı elan etdi.
Ola bilsin ki, Yeltsinin oxşarını onun xələfini hazırlaşdırmaq üçün hakimiyyətə qaytarıblar. Birinci Yeltsin öz yerinə adam təyin etmədən öldü. Demokratik seçki ilə hakimiyyəti dəyişmək isə qəliz və təhlükəli məsələ idi. Xələfin əyin edilməsi isə həmin adamın nüfuzunu dəfələrlə artırardı. Alkoqolik Yeltsinlə müqayisədə gənc, gülərüz Putin hamının xoşuna gələcəkdi. Bu fırıldaq böyük uğur qazandı.

İndi isə ölkəni Putin idarə edir. Prezidentləri təyin edən, onları dəyişən, idarə edən də eyni adamlardır. Yeltsinin zamanından onlar bir məqsədi təqib edirdilər, Putinin zamanında başqa. İndi isə onlar Putini bir başqa oxşarı ilə əvəz ediblər. Putin və onun oxşarlar ordusu daha rəngarəngdir. Fotolara diqqət edin, fərqli illərdə Putinin alnındakı qırışlar necə dəyişir. Bir adamın alnındankı qırışlar illərlə dəyişmir, lakin burada biz qırışları gah dalğalı görürük, gah başqa şəkildə.
Belə dəyişiklikləri yaş ilə əlaqələndirmək olmaz. Lap orijinal Putinin cavanlaşmaq üçün plastik əməliyyat keçirdiyini düşünsək belə.

Göz kənarlarındakı qırışlar fərqli formaya malikdir. Gah dərin üçbucaq, gah da qövs şəklində görürük.
Əl jestləri də fərqli formadadır.
Fərqli qulaq məmələri
Putini öz oxşarı ilə əvəz ediblərsə, onun ailəsi haqda məlumatların nə üçün gizlədilməsi məlum olur. Yadlaşan arvad və uşaqlar öz atalarının oxşarı ilə birgə yaşamaq istəmirlər. Onlar bu sirrin üstünü aça biləcəklərindən uzaqda durmalıdırlar.

Oxşarların qarşısını almaq üçün hələ Yeltsin dövründə prezidentlərin şahidliyi proseduru aparılırdı. İnauqurasiya zamanı canlı efirdə barmaq izləri götürülür, göz ətrafının fotosu çəkilir. Bu etalon xalqın milli sərvəti kimi saxlanılırdı. Lakin kim onu qoruyub saxlayacaq. Ətrafda hər kəs kukla sahibləridir. Onlar köhnəni yenisi ilə əvəz edirlər.




