Ermənistanın müdafiə naziri Seyran Ohanyan dünən gözlənilmədən işğal altındakı Dağlıq Qarabağa gəlib, cəbhənin ön xəttinə baş çəkdikdən sonra Xankəndindəki qospitalda yatan yaralı əsgərləri ziyarət edib…
Hərbi ekspert, polkovnik-leytenant İbrahim Rüstəmli Ohanyanın Dağlıq Qarabağa səfərini aşağıdakı kimi şərh edib:
“Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycana gəlməsi, erməni mövqelərinə və Xankəndi mərkəzi hospitalına baş çəkməsi sadəcə diqqəti əsas məsələdən yayındırmaq məqsədi daşıyır. O, Dağlıq Qarabağa nə “Fəxri Fərman” paylamaq, nə də yaralı əsgərləri ziyarət etmək üçün təşrif buyurmayıb.
Əslində, bu səfərin pərdəarxası kifayət qədər ciddi və təhlükəli məqamları özündə ehtiva edir.
Son günlər cəbhədə baş verən hadisələrlə bağlı erməni mətbuatında yayılan məlumatlar və bu məlumatların ətraflı analizi gizli kodların mövcudluğundan xəbər verir. Bu kodların açılması üçün tutarlı mənbə də məhz paylaşılan informasiyaların xarakterilə bağlıdır.
Uzun illərin çətin sınaqlarından “alnıaçıq, üzüağ” çıxan erməni ideologiyası hələ 1990-cı illərin birinci yarısından başlayaraq özünün tənəzzül dövrünü yaşayır. Bu gün o davamlı təzyiqlər fonunda artıq öz əvvəlki formasını qorumaq iqtidarında deyil. Dayanıqlığını itirdiyinə görə toplumun etimadını doğrulda bilmir. Erməni cəmiyyətində yaranan və gündən-günə dərinləşən çatlar nəinki qara camaatı, hətta Sarkisyan rejimini də ciddi təhlükə qarşısında qoyub. O üzdən cəbhədə baş verən hadisələr toplum tərəfindən daha davamlı narazılıqlarla, kütləvi mitinqlərlə ifadə olunur. Övladları yad torpaqlarda həlak olan əsgər anaları iqtidardan bunun hesabını tələb edir. İqtidar isə…
İqtidar isə boşluğu doldurmaq üçün Ohanyanı Qarabağa xüsusi zərflə yola salıb. Bütün ehtimallara görə, bu zərfdə Azərbaycanın təmas xəttində Ermənistanda ictimai rəyi dəyişə biləcək məhsuldar təxribatların tərədilməsi qırmızı rənglə xüsusi qeyd olunub və ermənilərin elit diversiya qrupları səfərbər edilib. Məntiqə görə, təxribatlar cəbhənin ən müxtəlif istiqamətlərində nəzərdə tutulub. Bu əməliyyatların uğurla həyata keçirilməsi məqsədilə ayrı-ayrı məntəqələrdə diqqəti yayındıracaq və qəsdən “uğursuz” nəticələrlə başa çatdırılacaq lokal “təxribat”ların törədilməsi də ehtimal olunur. Əslində isə, hadisələr tamam fərqli mövqelərdə cərəyan edəcək. Hal-hazırda cəbhəboyu mövqelərin diaqnostikası aparılır və qismən zəif nöqtələrin çevik axtarışı gedir. Diqqət: Tapşırıq ən qısa müddətdə, Novruz bayramı günlərində yerinə yetirilməlidir. Vaxt çox azdır!