"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı 2015 Avropa Oyunları ilə “Nestlé Azərbaycan” müqavilə imzalanıb

24 Mart 2015 - 19:47
in İQTİSADİYYAT

Baku2015Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədilə “Nestle” Azərbaycan şirkəti ilə müqavilə imzalayıb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

 

APA-nın xəbərinə görə, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan “Nestle” Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müsli şokoladları ilə təmin edəcək.

 

Müqavilədə nəzərdə tutulan “Nestlé” məhsullarına KIT KAT, LION, NESTLÉFITNESS və NESCAFÉ daxildir.  Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq deyib ki, “Nestlé” ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq: “Nestle” şirkəti Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxil edilən bu möhtəşəm hadisəyə dəstək göstərən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətləri sırasına daxil oldu”.

 

Qeyd edək ki, “Nestlé Azərbaycan” şirkəti “Azersun Holding”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, NAZ, “Sitecore” və “Tickethour” şirkətlərindən sonra ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmi dəstəkçi olub.

 

Qeyd edək ki, Bakı 2015 ilk Avropa Oyunları 12 iyun 2015 tarixindən 28 iyun 2015-ci il tarixlərində baş tutacaq, qitə üçün həyəcan verici və innovativ çoxşaxəli idman tədbiridir.

 

Bakı 2015-də cəmi 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü. Avropanın 6 mindən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.

 

On bir idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan verəcək. Bu idman növlərinə Oxatma, Atletika, Boks, Velosiped yarışları, Atıcılıq, Masaüstü tennis, Üzgüçülük, Taekvando, Triatlon, Güləş və Voleybol daxildir.

 

Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Tehranın nüvə təhqiqatı üzrə müəyyən irəliləyiş var”

Next Post

Prezident Almaniya kanslerinə başsağlığı verdi

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Prezident Almaniya kanslerinə başsağlığı verdi

“Boko Haram” 400-dən çox qadın və uşağı girov götürüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.