"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Manatın bahalaşma perspektivi çox aşağıdır”

26 Mart 2015 - 14:04
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əkrəm Həsənov: “Manata və bütövlükdə bank sisteminə etimad günü-gündən azalır”

“Manatın devalvasiyası dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən asılıdır və hər ikisi bizdən asılı olmayan amillərdir”. İqtisadçı ekspert Əkrəm Həsənov manatın devalvasiyasının yaxın müddətdə davam edəcəyi barədə ehtimallara münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, bu suala indi heç kəs dəqiq cavab verə bilməz: “Çünki burada iki mühüm amil var: neftin qiyməti və valyuta ehtiyatlarının həcmi və keyfiyyəti. Hər ikisi də hazırda əsasən bizdən asılı olmayan amillərdir. Onlar dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən asılıdır”.
Ekspertin fikrincə, birmənalı olaraq yalnız onu demək olar ki, manatın bahalaşması perspektivi çox aşağıdır: “Elə buna görə də indi əhali ehtiyatlarını əsasən xarici valyutada saxlayır və bu tendensiya getdikcə güclənir. Çünki manatın inhisarçı satıcısı olan Mərkəzi Bank onun dəyərini qorumaq üçün heç bir əməli addım atmır. Müasir valyutalar təminatsızdır. Adi kağızdır. Onlar yalnız etibara söykənir. Etibarı isə qazanmaq lazımdır. Hələlik Mərkəzi Bank bu etibarı qazanmaq üçün heç nə etmir. Əksinə, dollarlaşma prosesini gücləndirir, ölkədən valyuta axınının qarşısını almır, qərarlarını izah etmir, başqa sözlə, buraxdığı malı, manatı reklam etmir və sair. Buna görə də manata və bütövlükdə bank sisteminə etimad günü-gündən azalır”.
Ə.Həsənov qeyd edib ki, bu kontekstdə aprelin əvvəlində Mərkəzi Bankın sədri vəzifəsinə kimin təyin olunacağı əhəmiyyətlidir: “Belə ki, Elman Rüstəmovun növbəti 5 illik müddətə təyin olunacağı təqdirdə, əhali bunu devalvasiyanın yaxın zamanda davam edəcəyi siqnalı kimi qəbul edə bilər. Ümumiyyətlə, bu təyinat bank sisteminin göründüyündən də acınacaqlı vəziyyətdə olduğundan xəbər verə bilər. Çünki milli bank sistemi və milli valyuta üçün etibarı tam itirmiş və nüfuzsuz Mərkəzi Bank sədrindən pis heç nə ola bilməz. Belə şəxs qalırsa, deməli: vəziyyət o qədər gərgin və pisdir ki, onun indi dəyişdirilməsi mümkün deyil. Yeni rəhbər işdən baş çıxaranadək vəziyyət kəskin dəyişə bilər. Devalvasiya və digər qeyri-populyar tədbirlər təhlükəsi realdır və bu “qara” işi təbii ki, yeni sədr deyil, Elman Rüstəmov davam etdirməlidir. Lakin bu halda da iki risk var: Əhali olan-qalan manat ehtiyatını da dollara çevirə bilər. Əhali banklardan olan-qalan əmanətlərini də geri götürə bilər. Bank sistemi piramidadır. Etibar itdikcə, piramida dağılmağa başlayır. Buna görə də etimadı bərpa etmək olduqca vacibdir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dubay şahzadəsi bu gündən Hacıqabulda ova başlayır – FOTOLAR

Next Post

Azərbaycanın çoxmilyardlıq layihəsi amerikalılara verildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanın çoxmilyardlıq layihəsi amerikalılara verildi

Kremldən Kiyevə mesaj

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.