"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibsiz itləri niyə öldürürlər?

26 Mart 2015 - 15:05
in XƏBƏR LENTİ

Sahibsiz itləri niyə öldürürlər? - ARAŞDIRMA

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sahibsiz küçə itləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamentinin əməkdaşları tərəfindən günün günorta çağı, insanların gözü qarşısında vəhşicəsinə öldürülür.
Küçə itlərinin onlara zərər verəcəyindən qorxan sakinlər BŞİH-ə müraciət edir. Onlar da sakinlərin şikayəti əsasında küçə itlərinin çoxalmasının qarşısını almağa, onları məhv etməyə, itin quduz olub-olmadığını yoxlamadan onu ya həmin yerdə, ya da sonradan güllələməyə üstünlük verirlər. Və bu yolla da problemdən qurtulduqlarını düşünürlər.
Bir müddət öncə sosial şəbəkələrdə dəhşətli bir video yayılmışdı. Həmin videoda küçə itlərinin necə öldürülərək, sobada yandırıldığı göstərilirdi. Heyvansevər heç kəs məsələyə biganə qalmadı. Etiraz etdilər, saytlar xəbər hazırladı… İctimai qınaqlar başladı.

Hadisənin şahidi…

İtlərin yandırılma videosunu çəkən Yelena Simakina AzadlıqRadiosuna bunları deyib: “Keçən ilin avqustunda silahlı adamlar mənim itimi həyətimdən vurub, apardılar. İtimi vuranda təhlükəsizlik kamerasına düşmüşdülər. Bu adamları axtarmağa başladım. Çox axtardım – “Kənd sovetinə”, İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinə getdim. İtlərin öldürülməsinə görə heç kim məsuliyyəti öz üzərinə götürmürdü.”
Y. Simakina deyir ki, uzun axtarışlardan sonra öldürülən itlərin məhv edildiyi ərazini tapa bilib. Gördüyü mənzərə isə onu dəhşətə gətirib. Soba yanır, ətrafında it çəsədələri…
Görüntüləri qeydə alan Y. Simakina onu sosial şəbəkələrdə paylaşıb: “Demək olar ki, burada hər gün sahibsiz itlər öldürülür. Canlıları uşaqların, qadınların yanında öldürmək təhlükəlidir. Buna görə də onlar itləri bura gətirirlər. Böyük itləri güllə ilə vurular. Daha balaca itləri isə bel ilə öldürürlər ki, onlara güllə sərf etməsinlər”.

Burada da pullar “yeyilir”

Azərbaycanda öldürülən heyvanların statistikası çox şişkindir. Rəsmi statistikaya görə, 2009-ci ildə Bakıda 56 min, 2010-cu ildə isə 79 min sahibsiz it öldürülüb. Bu statistika təkcə Bakı şəhəri üzrə verilib.
2011-ci ildə heyvanlardan götürülən 71 nümunədən 32-də quduzluq xəstəliyi aşkarlandığı halda, 2012-ci ildə 56 nümunədən 18-də quduzluq xəstəliyi aşkar edilib. Bu statistika özü də çox şübhəlidir. Çünki Bakıda bu qədər sahibsiz itin quduz olması inandırıcı görünmür.
Məlumatlara görə, bir itin öldürülməsinə 30 manat pul xərclənilir. Deməli, burada da “yeyinti”lər var. Çünki onlar itləri müayinə etmədən məhv edirlər. Deməli, əlavə xərclər də olmur.

Hadisəni “ört-basdır” etmək istədilər

Məsələnin böyüdüyünü görən Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi müdafiə “qalxanı” yaradaraq, hər şeyi inkar etməyə başladı.
Hətta Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin rəisi Əhməd Məmmədov video ilə bağlı danışıb və bunları deyib: “İnternetdə yayılan və göstərilən xəbərlərin hamısı yalandır. Biz sahibsiz heyvanları ovlayıb, gətirib bu qəfəslərdə saxlayırıq. O video isə SSR vaxtında çəkilib”.
Müdafiə “qalxanı” bununla bitmədi. Hökumətə yaxın televiziya kanalları hadisə baş verən yerdə yox, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən (AARC) hazırladıqları reportajlarla məsələni “ört-basdır” etməyə çalışdılar.

Sahibi olan itlər də öldürülür

“Guya küçə itləri ilə mübarizə aparanlar, bəzən sahibi olan itləri də vuraraq, öldürürlər. Çünki heç bir yoxlama, müayinə işləri aparılmır” – bunu heyvansevərlər deyirlər.
Küçə itlərinin hamısı təhlükəli deyil. Hətta həmin itlərin arasında quduz olanları varsa, onları da bu formada vəhşicəsinə öldürmək olmaz. Quduz heyvanlar Avropa ölkələrində də öldürülür. Amma bizdəki kimi vəhşicəsinə yox…
Qurumlar inkar edir, heyvansevərlər isə israrla heyvanların bu formada öldürülməsinə etirazlarını bildirirlər. Hətta qonşu Türkiyədə Azərbaycanda öldürülən heyvanlara görə etiraz aksiyası belə, keçirildi.
Onlar deyirlər ki, əgər, küçə itləri ilə mübarizə aparılmalıdırsa, bunun sivil üsulları var.

Bu iş digər ölkələrdə necə aparılır?

Məsələn, qonşu Türkiyədə küçə itləri ilə mübarizə aparılmır. Buna heç dövlət də icazə vermir. Küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən müayinə edilir, vaksinasiya olunur, axtalanır (kastrasiya – bu yolla onların artımının qarşısı da alınır) və küçə itlərinin qulaqlarına xüsus nişanlar vurulur.
Bununla da sakinlər həmin itlərin yoxlanıldığını, nəzarət altında olduğunu anlayırlar və sahibsiz heyvanlardan zərər gəlməyəcəyinə əmin olurlar. Çünki nəzarətdə olan küçə itləri onlara vurulan peyvəndlər sayəsində aqressiv olmurlar.
Avropa ölkələrində isə heyvanları öldürmək nəinki qadağandır, hətta itini zəncirləyən şəxsləri belə, cərimələyirlər. Bu cərimə 10-15 min avro civarında olur. Almaniya Konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək belə, olmaz. Əgər, çəkilişlər onlara əziyyət verərsə, buna icazə yoxdur.
Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub.

Cərimələr faydasızdır

Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.
Amma dəyişən bir şey yoxdur. Qurumlar küçə itləri ilə mübarizənin asan üsulunu tapıblar. Əvvəl öldürürlər, sonra isə yandırırlar.
Öldürdükləri bütün heyvanlara da “quduz” adı verirlər.

Küçə itləri nəzarətsiz olarsa həyat üçün təhlükəli ola bilərlər

Amma bu, o demək deyil ki, heç bir ölkədə küçə itləri ilə bağlı heç bir problem yoxdur. Misal üçün bir müddət öncə Türkiyədə küçədə itləri tərəfindən 32 yaşlı qadın parça-parça edilmişdi. Qadının cəsədi tanınmaz hala düşmüşdü.
Azərbaycanda da küçə itləri ilə bağlı problemlər yaşanır. Qubanın Amsar kəndində quduzlaşmış sahibsiz itlər kənd sakini Qurban Məmmədovun 3 min manata yaxın kredit hesabına aldığı 65 baş qoyununa hücum ediblər.
Nəticədə həmin qoyunlardan indi cəmi 5-i salamat qalıb. 16 baş qoyunu öldürən sahibsiz itlər qalan heyvanları isə ağır yaralayıblar.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kremldən Kiyevə mesaj

Next Post

Ermənistandakı Rusiya bazasının ərazisi genişləndirilir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənistandakı Rusiya bazasının ərazisi genişləndirilir

Moskvada döyülən müğənni danışdı: “Onların kişiliyi yoxdur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.