
Rus iqtisadiyyatındakı böhran turizm sektorunda da əks olunur. Türkiyəyə gələn əcnəbi turistlərin sayı artdığı bir vaxtda rus turistləri sayı xeyli azalıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2015-ci ilə fevral ayında Türkiyəyə gələn əcnəbilərn sayı 1 milyon 383 min olub. Gələn əcnəbilərin sayı keçən ilin eyni ayına görə yüzdə 2.30 artıb.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, gələn əcnəbi sayı yanvar-fevral dövründə keçən ilə nisbətlə yüzdə 5.41 artaraq 2 milyon 634 minə çatıb.

Gələn xaricilərin milliyyətinə baxıldıqda almanlar ilk sıranı alıb. Fevralda 152 min 911 alman Türkiyəni ziyarət edib. Almanları 106 min 916 turistlə İran və 106 min 413 nəfərlə Gürcüstandan gələn ziyarətçilər təqib edir.

“Habertürk”ün xəbərinə görə, fevral ayında, yanvarda olduğu kimi rus turistlərin sayındakı sürətli eniş diqqət çəkib. Rusiya iqtisadiyyatındakı dalğalanmalar, xüsusilə də rublun dəyər itirməsi səbəbindən fevral ayında Türkiyəyə gələn rus turistlərin sayında keçən ilin eyni ayına görə yüzdə 31.6 faizlik eniş olub.



