"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilərin təxribatları dünyanın diqqətində

28 Mart 2015 - 08:58
in XƏBƏR LENTİ

Ermənilərin təxribatları dünyanın diqqətində

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Beynəlxalq aləm həyəcan təbili çalır; BMT-də Ermənistanın işğalçılığı pislənildi

 
Ermənistan son vaxtlar verdiyi çoxsaylı itkilərə baxmayaraq, cəbhə xəttində təxribatlarını davam etdirir. Düşmən ölkənin ordusu son aylarda atəşkəs rejimini hər gün azı 40-50 dəfə pozur. İşğalçı ordunun bütün təxribatlarının qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır və düşmənə ağır zərbələr vurulur. Bugünlərdə ordumuz düşmənin 20-dək hərbi qulluqçusunu məhv edib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində ötən sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndi və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilərin təxribatlarının qarşısı alınarkən ordumuz itki verib. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub.
Bu barədə ilk xəbəri yayan musavat.com martın 27-də dəqiqləşdirib ki, ermənilərlə təmas xəttində həlak olan E.Kazımov müddətdən artıq xidmət edən hərbçidir. O, Goranboy rayonunun Səfikürd kənd sakinidir.
Trend-inn rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, martın 26-da yerli internet portallarının birində yayılmış məlumatlarda Kazımov Etibar Xudavi oğlunun 2 ay əvvəl ailə həyatı qurduğu bildirilir.
Cəbhədə vəziyyətin günbəgün gərginləşməsinə beynəlxalq qurumlardan ciddi reaksiyalar gəlməkdədir.
Avropa İttifaqının Qonşuluq Siyasətinın Azərbaycanda tətbiqi ilə bağlı hesabatında bununla bağlı xüsusi bölüm var. Sənəddə Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi artıran və sülh prosesinə ziyan vuran hərəkətlərdən və bəyanatlardan çəkinməyə çağırış edilir.
Münaqişə tərəfləri arasında atəşkəs razılaşmasının əldə olunmasından 20 il ötdüyü qeyd olunan hesabatda bildirilir ki, 1994-cü ildən bəri ən çox itkilərin olduğu hadisələr təhlükəsizliklə bağlı ciddi narahatlıqlar doğurur.
Hesabatda həmçinin qeyd olunur ki, Aİ ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsi üzrə fəaliyyətinə tam dəstəyini davam etdirib…
Bu arada BMT Təhlükəsizlik Şurası Fransanın sədrliyi ilə silahlı münaqişələrdə uşaqların müdafiəsinə həsr olunmuş iclas keçirib.
AZƏRTAC xəbər verir ki, iclasda BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin uşaqlara və silahlı münaqişələrə dair məsələlər üzrə xüsusi nümayəndəsi Leyla Zarugi, BMT Uşaq Fondunun icraçı direktorunun müavini Yoka Brandt, habelə NATO-nun baş katibinin köməkçisi Stiven Evans iştirak ediblər. Bu mühüm mövzu üzrə müzakirələrə 79 dövlətin nümayəndələri qatılıb. Azərbaycanın nümayəndə heyəti iclasda bəyanatla çıxış edib.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova çıxışında bildirib ki, uşaqlar əvvəlki kimi yenə də silahlı münaqişələr zamanı ən çox zərər çəkən qruplardan biridir. Azərbaycan nümayəndəsi məlumat verib ki, atəşkəs sazişinə məhəl qoymayan Ermənistan müntəzəm olaraq rejimi pozur və Azərbaycan uşaqları atəşlərin qurbanına, erməni snayperlərinin hədəfinə çevrilirlər. Diplomat uşaq hüquqlarının pozulmasında təqsirkar olanların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb, habelə Təhlükəsizlik Şurasını köçkün uşaqlara xüsusi diqqət yetirməyə, onların doğma yurdlarına qayıtmaq hüququnu bərpa etməyə çağırıb.
Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və nəticədə 650 min nəfərdən çox azərbaycanlı öz torpaqlarından qovulub. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni təcavüzünü pisləyən və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.
1994-cü ilin mayında atəşkəs rejimi haqqında saziş imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri sazişi müntəzəm surətdə pozublar. Artıq məlum olduğu kimi, işğal edilmiş Qarabağ ətrafında və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca qoşunların təmas xəttində yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması nəticəsində həlak olmuş dinc əhali arasında uşaqlar da var. Məsələn, 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndinin doqquz yaşlı sakini Fariz Bədəlov Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub. Bu, 1992-ci ildə Malıbəyli və Quşçular, Qaradağlı, Xocalı və Ağdabanda qadınlara və uşaqlara qarşı Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq siyasətinin davamıdır.
***
Bir məqamı da qeyd edək ki, ermənilər qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində təxribatları artırmaqla sanki dünyanın diqqətini çəkməyə cəhd edirlər. Onlar eyni zamanda xüsusi ilə Türkiyəyə də dolayısı ilə Qarabağ məsələsi fonunda belə demək mümkünsə, “təzyiq” göstərməyə çalışırlar. Buna Türkiyə rəsmi qaydada birmənalı cavab verib.
“Ermənistanla münasibətlərimizin normallaşması üçün ermənilər Azərbaycan torpaqlarından geri çəkilməlidir”. APA-nın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib. Ermənistanın işğal siyasətini davam etdirdiyini deyən M. Çavuşoğlu qeyd edib ki, İrəvan qonşu ölkələrlə münasibətləri barədə düşünməlidir: “Ermənistanın İranla enişli-yoxuşlu əlaqələri var. Bizimlə münasibətləri də göz qabağındadır. Ermənistan həmişə hadisələrə bir tərəfli baxır”.
ABŞ-ın “erməni soyqırımı” məsələsi ilə bağlı münasibətinə toxunan nazir bu ölkənin mövqeyində dəyişikliyin olmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi dəyişərsə, bu, ikitərəfli münasibətlərə təsir edə bilər…
Politoloq Mübariz Əhmədoğlu isə ermənilərin “soyqırım” canfəşanlıqlarını digər prizmadan şərh edib. O deyib ki, Ermənistan dünyaya verdiyi “soyqırım” mesajına Dağlıq Qarabağ tənzimlənməsi cavabını alır. Onun sözlərinə görə, “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunmasına 1 aydan da az vaxt qalır. Bununla bağlı artıq müəyyən nəticələrə gəlmək mümkündür: “Yalnız Fransa Prezidenti Fransua Olland aprelin 24-ü günü Ermənistanda olacağını bəyan edib. Fransa prezidenti F.Olland səfər proqramına dəyişıklik etdi. O, təkcə Ermənistana deyil, həm də Azərbaycana səfər edəcək. F.Olland təkcə ”erməni soyqırımı” ilə deyil, həm də Dağlıq Qarabağ tənzimlənməsi ilə də məşğul olacaq. Bununla da Fransa prezidenti aprelin 24-ü günü Ermənistanda olmasının statusunu aşağı saldı.
Bunu Ermənistan özü “qazanıb”. Dağlıq Qarabağ tənzimlənməsi üzrə keçirilən Paris görüşünə qarşı ermənilər iki dəfə əxlaqsızlıq etdilər. Əvvəla, Ermənistan və ABŞ Paris görüşünün baş tutmaması üçün əllərindən gələn hər şeyi etdilər. Geosiyasi reallıqlar dəyişdikdən, Rusiya aktivləşdikdən sonra ABŞ Ollandın təşəbbüsünə maneçilik etmədi. Yalnız bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü baş tutdu. Paris görüşündən dərhal sonra isə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ən böyük hərbi təlimlərini keçirdi. Bununla da, Paris görüşünə, onun təşəbbüskarına özünün münasibətini nümayiş etdirdi. Rusiya prezidentinin aprelin 20-si tarixlərində Ermənistana səfər edəcəyi də onun aprelin 24-də Yerevanda olması anlamına gəlmir. Virtual Ermənistanın prezidenti Serj Sərkisyanın Avropa Xalq Partiyasının Brüsseldə keçirilən qurultayında iştirakı daha çox şeyin üstünü açdı. Eləcə də, S.Sərkisyan yalnız Avropa Xalq Partiyası lideri Jozef Dolun aprelin 24-də Yerevanda olmağa razılıq verdiyini bildirməsi göstərir ki, Avropa İttifaqı liderləri də aprelin 24-də Yerevanda olmayacaqlar. Sərkisyan qalan günlər ərzində bəzi Avropa dövlətlərinə səfər edib bu ölkələrin yüksək cinli təmsilçilərinin aprelin 24-də Yerevanda olmasına çalışır. Uğur qazanacağı şübhə altındadır”.
M.Əhmədoğlunun fikrincə, Vatikanın “Erməni soyqırımı” tədbirlərində iştirakı mövzusu Ermənistanda qapalı mövzulardan biridir: “Roma Papası aprelin 24-ü ərəfəsində öz iqamətgahında bir qrup katolik erməni ilə görüş keçirəcək. Sərkisyanın ”Ermənistan xristianlığın Şərqdə ən son qalasıdır” tezisi və II Qareginlə birlikdə hazırladığı “Ermənistan dövlət olaraq xristianlığı qəbul edən ilk dövlətdir”formulu yaranmazdan əvvəl Vatikanın Ermənistana münasibəti daha isti idi. Sərkisyanın xristianlığın adından dəllallıq etməsi görünür, Vatikanın xoşuna gəlməyib. Vatikanın fikrincə, ermənilərin xristianlığın inkişafında o qədər də böyük rolu olmayıb. Amma Yaxın Şərq kimi mürəkkəb regionda əsrlər boyu ermənilərin mövcud olmasının əsas səbəbi isə xristianlıq faktorundan bacarıqla istifadə etmələridir. Reallıqda erməni Qriqoryan xristianlığı dini sektaya bənzəyir. Sektantların öz maraqlarını irəlilətmək macərası ermənilərə də məxsusdur”.
Mərkəzin direktoru hesab edir ki, virtual Ermənistanın prezidenti Sərkisyanın Çin Xalq Respublikasına səfəri zamanı imzalanan sənədlərdə “soyqırım” mövzusu yoxdur. Amma iki ölkə rəhbərliyinin imzaladığı sənəddə ərazi bütövlüyü kontekstindən Dağlıq Qarabağ məsələsi var.
O, həmçinin qeyd edib ki, dünyada “erməni soyqırımı”nı tanıyan dövlətlərin sayında heç bir artım yoxdur..
Politoloqun sözlərinə görə, Sərkisyan indi başa düşür ki, Türkiyə ilə düşmənçilik şəraitində o, “erməni soyqırımı”nın 100 illiyini lazımi səviyyədə keçirə bilməyəcək: “Sərkisyan ”erməni soyqırımı”nı Türkiyə ilə birlikdə qeyd etməyə hazır olduqları bəyanatını verdi. Bu, onun manevri olsa da, erməni xalqının heysiyyətini təhqir edən manevrdir”.
Onun fikrincə, “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı rəsmi Yerevanın aktivliyi daha bir hadisəni üzə çıxarıb: “Ermənistan rəhbərliyi dünyanın hansı dövlətində ”soyqırım”la bağlı tədbir keçirdisə həmin tədbirdə Dağlıq Qarabağ tənzimlənməsi mövzusu “erməni soyqırımı” mövzusundan daha aktual oldu. “Erməni soyqırımı”nı təbliğ etməyə gedənlər daha çox Qarabağla əlaqəli suallara cavab verməli oldular. “Erməni soyqırımı”nın 100-cü ilində dünya üçün Qağlıq Qarabağ tənzimləməsi “erməni soyqırımı”ndan daha aktualdır. Bu fenomenin Azərbaycanın apardığı siyasətin nəticəsi, yoxsa ermənilərə olan münasibətin göstəricisi olmasını ermənilər özləri müəyyənləşdirsinlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səfir Cekuta: «ABŞ Azərbaycanın güclü tərəfdaşıdır»

Next Post

«AST Telman»ı bitirən şok səbəblər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

«AST Telman»ı bitirən şok səbəblər

Ebola Liberiyada yenə can aldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.