"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

«AST Telman»ı bitirən şok səbəblər

28 Mart 2015 - 09:15
in XƏBƏR LENTİ

«AST Telman»ı bitirən şok səbəblər

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

«Milyardlər İttifaqı»nın daha bir üzvünün çöküşü; İş adamı atasının adını daşıyan «Mardan Palace» ni borc səbəbindən itirir; Türkiyə müxalifəti “kaçak iş adamı” kimi tanıdılan Telman İsmayılıova bu cür şərait yaradılmasını kəskin tənqid edirdi; Ərdoğanın Bakıya gətirdiyi deyilən dosyedə bu hotel haqda nələr vardı…

Azərbaycanlı milyarder, AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun (“AST Telman”) Türkiyədəki məşhur “Mardan Palace” hotelinə həbs qoyulub və satışa çıxarılıb. Yəhudi olduğunu həmişə fəxrlə deyən T.İsmayılov indiyədək bir çox obyektlərini borcları səbəbindən satsa da, onun bu dəfəki vəziyyəti heç nə ilə müqayisə oluna bilməz. Çünki 2009-cu ildə böyük səs-küylə, Türkiyənin siyasət adamlarının və dünyaca ünlü sənət adamlarının iştirakı ilə açılışını etdiyi hotel onun atasının adını daşıyır. Bu isə onun üçün şübhəsiz ki, böyük şokdur.

 
Türkiyə mətbuatının xəbərlərinə görə, 1,4 milyard dollara başa gələn yeddi ulduzlu “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub və satışa çıxarılıb. Hotel  iyunun 3-də satışa çıxarılacaq. İlkin olaraq 325 milyon TL (130 mln. dollar) qiymət qoyulacaq. Hotel İstanbulun məşhur tarixi-memarlıq abidəsi –  “Dolmabağça Sarayı”na bənzər şəkildə inşa edilib. Hotelin hovuzu 24 min kvadrat metr böyüklüyündədir və İstanbul boğazını xatırladır. 500 otaq və 20 villadan ibarət lüks mehmanxanada nömrələrin qiyməti 400 avrodan 20 min avro arası dəyişir. Hoteldə hər birinin qiyməti 80 min avro olan antik stullar var, çəngəl-bıçaqlara isə 17 milyon dollar xərclənib. Kompleksdə 16 restoran, 32 bar var.
***
“AST Telman”ın “Mardan Palace” hotelinə görə borclu olması yeni xəbər deyil. Hələ bir neçə ay əvvəl məlum olmuşdu ki, T.İsmayılov hotelin tikintisi zamanı Türkiyənin məşhur “Halk Bank”ından 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb. Daha maraqlısı budur ki,  “Halk Bank” rəhbərliyi bu məbləği vermək üçün əlavə zəmanət tələb etməyə ehtiyac görməyib. T.İsmayılov hotelin inşası üçün başqa türk banklarından da kredit alıb. Lakin bu kreditlərin məbləği məlum deyil.
Kreditin geri qaytarılmasında problem yarandıqdan sonra “Halk Bank” hoteli araşdırmağa başlamışdı. Məlum olmuşdu ki,  hotelin yerləşdiyi ərazinin bir hissəsi – 914 kvadratmetrlik ərazi dövlətə məxsus olub və T.İsmayılov bu ərazini sadəcə olaraq zəbt edib. Ərazi dövlətə məxsus olduğu üçün bank ödənilməyən kreditə görə həmin ərazini ala bilməz.
Araşdırma zamanı o da məlum olub ki, “Mardan Palace”in yerləşdiyi ərazinin bəzi hissələrinin sənədləri də qaydasında deyil. Belə ki, hotelin yerləşdiyi ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin mülkiyyətidir. Həmçinin hotelin inşasına dair icazə sənədinin də yoxa çıxdığı deyilirdi.
Ötən ilin iyununda “Manqazeya” adlı şirkət də T.İsmayılovun onlara 135 milyon dollarlıq borcuna görə onun bütün sərvətinin dondurulması barəsində məhkəmə qərarı çıxarmasına nail olmuşdu.
Rus mətbuatının yazdığına görə,  kredit müddətinin 2013-cü ildə bitməsinə baxmayaraq, T.İsmayılıov heç bir geri ödəniş edilməyib. Məhz bu səbəbdən məhkəmə tərəfindən “Mardan Palace” hotelinin və Moskvadakı bəzi binalarının üzərindəki bank hesablarını dondurmuşdu. Müvəqqəti dondurulan hesablar və həbs qoyulan əmlaklar sırasında iş adamının Fransada bir malikanəsinin, 90 otaqlı ticarət mərkəzinin də olduğu bildirilirdi. Yeri gəlmişkən,  “AST Telman”ın martın 18-də istefa verən Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Banka da külli miqdarda borcu olub. Beynəlxalq Bank borcunu qaytarmadığı üçün onun Moskvada ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmış mehmanxanasını öz mülkiyyətinə keçirmişdi.
***
Hələ 2009-cu ildə Rusiya prezidenti Vladimir Putinin təzyiqlərindən sonra ölkəni tərk etməyə məcbur qalmuş “AST Telman”ın Türkiyəyə sığınması mediada ciddi müzakirə olunmuşdu. Təftişçi Türkiyə mediası və Ərdoğanın müxalifəti (xüsusilə CHP) “kaçak iş adamı” kimi tanıdılan T.İsmayılıova bu cür şərait yaradılmasını kəskin tənqid edirdi. Bu səbəbdən də Ərdoğan dünyanın ən lüks hotelləri sırasına düşən “Mardan Palace”ın açılış törəninə gözlənilənlərin əksinə olaraq, gəlmədi. “AST Telman”ın səhmləri dövlətə aid olan “Halk Bank”a borc məsələsi isə məşhur “17 dekabr” hadisələrindən sonra yenidən gündəmə gətirildi və  o vaxtkı baş nazir Ərdoğana da xeyli sıxıntılar yaşatdı. CHP isə (Antalyada bələdiyyə başqanı seçkilərini əsasən CHP qazanırdı, yalnız ötən ilin martındakı seçkidə bu kurort bölgəsində mandatını itirdi) millət vəkilləri vasitəsilə iş adamına hansı “xidmətlərinə görə” bu qədər para verildiyi barədə Ərdoğana açıq  sorğu göndərmişdi.
Qeyd edək ki, Türkiyə rəhbərliyi Putinin ölkədən qovduğu iş adamı ilə həmişə məsafə saxlayıb. Məlumatlara görə, Ərdoğan bu qədər bahalı obyektin  tikintisinə əvvəldən isti baxmayıb və “AST Telman”a da məhz İsrailə yaxınlığı səbəbindən münasibəti yaxşı deyil. İndiki həssas məqamda isə “AST Telman”a borcunu qaytarmaq üçün vaxt tanımaq riskli, odla oynamaqdır ki, buna da heç kim qol qoymaz. Amma rəsmi Bakı istəsəydi…
***
Xatırlayırsızsa, 2014-cü ilin aprel ayının 4-də Türkiyədəki bələdiyyə seçkilərindəki qələbədən dərhal sonra ilk səfərini Bakıya edən Ərdoğanın buraya “Mardan Palace”ın də adı keçən bir dosye gətirdiyi xəbəri yayılmışdı. Həmin məlumatda iddia olunurdu ki, Milli İstihbarat Təşkilatı və ordu kəşfiyyatının (Ərdoğandan əvvəl Türkiyə ordusunun Baş Qərargah rəisi də Bakıya gəlmişdi) Bakıya verdiyi məlumatlar sırasında “Mardan Palace”dəki məxfi görüşlər barədə də bilgi var.
Məlumatlarda  deyilirdi ki, məxfi dosyedə “Milyarderlər İttifaqı” deyilən anti – Azərbaycan konseyinin üzvü olan “AST Telman”ın “Mardan Palace”da keçirdiyi və Azərbaycandan da şok isimlərin yer aldığı toplantı haqqında kəşfiyyat bilgiləri də Bakıya çatdırılıb. Qeyd edək ki, “Milyarderlər İttifaqı”nın rəhbəri Abbas Abbasov AST Şirkətlər Qrupunun vitse-prezidentidir. Maraqlıdır ki, T.İsmayılovun “qürubu” da məhz A. Abbasov onun şirkətinə gəldikdən sonra başlayıb. “Milyarderlər İttifaqı”nda birləşdikdən sonra isə “AST Telman”ın da Bakıya yolları bağlanıb, hakimiyyət onu da Abbas Abbasov kimi “arzuedilməz şəxslər” siyahısına salıb. 
***
Azərbaycan hakimiyyətinə 2013-cü ildə xeyli başağrısı gətirən milyonçuların çöküşü başlayıb. İqtisadi sanksiyalardan ciddi zərər görən “LUKoil” prezidenti Vahid Ələkbərov, maliyyə resursları xeyli zəifləyən Araz Ağalarov, ortalıqda görünməyən İsgəndər Xəlilov, borc içində batan Telman İsmayılıov, təşkilatı dağılan Abbas Abbasov, Söyün Sadıqov…
Düşünmək üçün maraqlıdır, deyilmi?..

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərin təxribatları dünyanın diqqətində

Next Post

Ebola Liberiyada yenə can aldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ebola Liberiyada yenə can aldı

1.5 milyard dollarlıq "Mardan Palace" iyunun 3-də satışa çıxarılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.