"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İtaliya mafiyası Azərbaycanın qaz layihəsinə qarşı sabotaj törətdi

28 Mart 2015 - 12:25
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı təxribat törədilib.

italiyaVirtualaz.org saytı İtaliya KİV-lərinə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Salento bölgəsində baş verib. Martın 26-da gecə bölgənin Melendugno şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb. Texnikanın Azərbaycan qazının qəbulu üçün tikiləcək terminalın və qazın terminaldan nəqli üçün çəkiləcək kəmərin keçəcəyi ərazisində geotexniki təhqiqat işləri apardığı bildirilir.

Podratçı şirkətin əməkdaşları müəyyən ediblər ki, geotexniki təhqiqat işləri aparmaq üçün nəzərdə tutulan tırtıllı qazma texnikasının və bir yük  maşınının şüşələri sındırılıb, yanacaq çəni dağıdılıb və mühərriki sıradan çıxarılıb. Şirkət bildirib ki, sabotajla əlaqədar olaraq təhqiqat işləri ən azı bir həftə dayanacaq.

İtaliya mətbuatı yazır ki, bu sabotaj Romada TAP kəmərinin keçəcəyi marşrutun seçilməsi məsələsinə dair mərkəzi hökumətlə yerli bələdiyyə arasında keçirilmiş görüşdən sonra törədilib. İstisna deyil ki, yeni sabotajlar da törədiləcək. Melendugno bələdiyyəsi, Cənubi Salento bələdiyyələri şurası  və bir çox yerli qruplar TAP kəmərinin İtaliya hökuməti tərəfindən müəyyən edilmiş və təsdiqlənmiş marşrutuna qarşı çıxır. Neçə vaxtdır ki, TAP kəmərinin İtaliyanın cənubunda, Adriatik dənizi sahillərində yerləşən zeytun bağlarına zərər vuracağı haqda təbliğat aparılıb, aksiyalar keçirilib.

Həmçinin bir neçə ay əvvəl məlum olmuşdu ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb.Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar. İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir.

O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir. Polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına – “Koza nostra”ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərəb əmiri arvadına Türkiyənin ən bahalı evini aldı (FOTO)

Next Post

Əsəd: “Qərb Rusiyanı zəiflətmək üçün Suriya və Ukraynada böhranlar yaradır”

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Əsəd: "Qərb Rusiyanı zəiflətmək üçün Suriya və Ukraynada böhranlar yaradır"

Cavid Qurbanov Sumqayıt dəmir yolu vağzalını da bağladır

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.