"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

31 Mart – Azərbaycanlıların Soyqırımından 97 il ötür – FOTOLAR

30 Mart 2015 - 15:23
in XƏBƏR LENTİ

31 Mart - Azərbaycanlıların Soyqırımından 97 il ötür - FOTOLAR

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından artıq  97 il ötür.
31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı həm ölkədə, həm də dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.
Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova  bəyanat yayıb. Bəyanat BMT-nin baş katibinə, onun müavininə, təşkilatın insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası da 2015-ci il 31 mart tarixinin azərbaycanlılara qarşı soyqırımın qurbanlarının xatirə günü kimi müəyyən olunması ilə bağlı qətnamə qəbul edib. Qətnaməni Nyu-Cersi ştatı parlamentinin üzvü Şila Oliver təqdim edib. Assambleyanın sədri Vinsent Priyetonun imzaladığı sənəddə Azərbaycanlıların Soyqırımının 97-ci ildönümünün qeyd edildiyi bildirilir. Qətnamədə deyilir ki, 1918-ci ilin 31 mart hadisələri dünya tarixində ən çox pislənilən qanlı cinayətlərdən biridir.
O da bildirilir ki, Azərbaycanlıların Soyqırımı son illərdə ABŞ-ın bir neçə ştatında qətnamə və proklamasiyalar ilə tanınıb. Amerika-Azərbaycan Cəmiyyətinin və “Pax Turcica” İnstitutunun səyləri ilə Nyu-York ştatının Senatı 1918-ci ildə ermənilər tərəfindən törədilmiş Azərbaycanlıların Soyqırımını tanıyan J3784 nömrəli qətnaməni 2012-ci ildə, Nyu-Cersi ştatının Assambleyası isə analoji sənədi 2013-cü ildə qəbul edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyası nəticəsində Azərbaycanlıların Soyqırımı Nevada ştatının qubernatorları Cim Qibsonun və Brayan Sandavalın 2009-2011-ci illərdə üç rəsmi proklamasiyası və 2011-ci ildə Texas ştatında konqresmen Con Zervasın qətnaməsi ilə də tanınıb.
31 Mart soyqırımı ilə əlaqədar Ankarada da özəl toplantı keçiriləcək. Bu barədə TRT-nin Bakı nümayəndəliyinin rəhbərliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirə Azərbaycandan diaspor ilə iş üzrə səlahiyyətli nümayəndə Valeh Haciyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq. Tədbirdə “Karabağın sessiz çığlığı” adlı sənədli film nümayiş olunacaq.
Xatırlaqdaq ki, 1918-ci ilin mart ayından etibarən ermənilər minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, günahsız insanları amansızcasına qətlə yetiriblər. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib.
Azərbaycanlıların Soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırım hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur.
Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan edib, erməni hərbi dəstələri 122 kəndi yandıraraq, 60 kişi, qadın və uşağı qətlə yetirib. Burada tapılan saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq, Qubada Soyqırımı Memorial Kompleksi yaradılıb.
Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb.
Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri və ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb.
Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını alıb. İslam Ordusu bu qanlı hadisələrin qarşısını alarkən 1100 əsgər, 30 zabit qurban verib.
Azərbaycan tarixinə qara hərflərlə yazılan 31 mart 1998-ci il martın 26-dan etibarən Soyqırım Günü kimi qeyd edilir.
Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bərdədə gərginlik: Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib – YENİLƏNİB

Next Post

Çingiz Abdullayev “Neftçi”yə prezident gətirildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Çingiz Abdullayev “Neftçi”yə prezident gətirildi

Lafazanis Moskvaya gedir: Azərbaycanın qaz layihəsinə qarşı yeni sabotaj təhlükəsi... - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.