"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərəstun Oruclu: “Xarici qurumların bu şəraitdə çalışması qeyri-mümkündür”

01 Aprel 2015 - 10:08
in CƏMİYYƏT, CƏMİYYƏT MANŞET

img1645711Ərəstun Oruclu: “Ölkədə elə qanuni baza yaradılıb ki, xarici qurumların bu şəraitdə çalışması qeyri-mümkündür”

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Dünya şöhrətli milyarder maliyyəçi Corc Soros Ukraynaya 1 milyard dollar yatıracağını açıqlayıb. Adətən Sorosun ayırdığı vəsaitlərdən danışılanda ayrı-ayrı ölkələrdə baş verən inqilablar xatırlanır. İnqilablar dövründən müharibə mərhələsinə keçən Ukraynaya ayrılacaq vəsaitin kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldiləcəyi deyilir.

 
Belə olan təqdirdə ənənəvi bir suala cavab axtardıq, niyə C.Soros Azərbaycana maliyyə ayırmır? Hətta Soros Fondunun – Açıq Cəmiyyət İnstitutunun Bakıda fəaliyyətinə xitam verildiyini nəzərə alsaq, təbii ki, bu paralellik bəlkə də uğurlu görünmür. Ancaq neftin ucuzlaşması və Azərbaycan rəsmilərinin investisiya layihələri ilə bağlı çağırışları fonunda Sorosun ölkəmizdə də hansısa layihələrə vəsait ayırması məntiqli olardı. Burada bir məqamı da qeyd edək ki, prezident İlham Əliyev yanvar ayında Münhendə olarkən Corc Sorosla da görüşü olmuşdu…   
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə mövzu ilə bağlı maraqlı fikirlər söylədi. O da hesab edir ki, Ukrayna ilə Azərbaycanı müqayisə etmək düzgün olmaz: “Ona görə ki, istər Corc Sorosun Açıq Cəmiyyət İnstitutu və yaxud digər beynəlxalq institutların Azərbaycandan çıxıb getməsinin səbəbkarı Azərbaycan hakimiyyəti oldu. Çünki Azərbaycan hakimiyyəti hər mənada, hər formada bunların fəaliyyətini əngəllədi, hətta hüquqi məhdudiyyətlər tətbiq etdi.  Özü də bu cür məhdudiyyətlər normal, sivil ölkələrin heç birində yoxdur. Bu səbəbdən bütün bu təşkilatlar Azərbaycandan çıxıb getdilər. Yəni söhbət təkcə Soros Fondundan getmir”.
Ə.Oruclunun sözlərinə görə, artıq ölkədə elə qanuni baza yaradılıb ki, xarici qurumların bu şəraitdə çalışması qeyri-mümkündür: “Deyək ki, Amerika təşkilatlarından xoflanırlar. Hesab edirlər ki, onlar burda inqilab hazırlayır, hakimiyyəti devirmək istəyirlər. Halbuki bu hakimiyyəti illər boyu qoruyan da ABŞ olub, niyə də devirməli idi? Bu, məntiqsiz bir şey idi. Bilmirəm bu paranoyanın arxasında nə dayanırdı, həqiqi məqsəd nə idi. Ancaq hər halda, bu təşkilatların Azərbaycanı tərk etməsinin 99 faiz səbəbi bu idi”.
Politoloq deyir ki, Ukraynada vəziyyət tamamilə fərqlidir: “Hətta Yanukoviçin hakimiyyəti dövründə bütün bu təşkilatlar, institutlar orda işləyirdi. Bu gün isə onlar Ukraynada dəyişmiş siyasi şəraitə uyğun olaraq öz töhfələrini verirlər. Məsələn, Azərbaycan Ermənistanla dondurulmuş müharibə vəziyyətindədir, amma Ukraynada müharibə gedir və bu ölkənin bir vilayəti Rusiya tərəfindən işğal olunub, iki vilayətində separatçı rejim adı altında faktiki olaraq terrorçular, diversantlar yerləşdirilib, açıq müharibə aparırlar. Bu şəraitdə isə Çinin bir şirkəti Ukraynaya 18 milyard həcmində investisiya qoyduğunu bəyanlayır və Ukrayna hökuməti ilə anlaşma əldə edir. Bunun ardınca isə Corc Soros elan edir ki, Ukraynaya 1 milyard dollar həcmində investisiya qoyur. Özü də bu, Ukrayna iqtisadiyyatının inkişafına qoyulan investisiyadır və bunun qarşılığında gəlir də əldə olunacaq. Bu, bütün biznes dünyası üçün çox xoşməramlı mesajdır. Özü də Sorosu həm iqtisadçı, həm də siyasətçi adlandırmaq olar. Çünki Corc Soros daim siyasətə qarışan biznesmendir. Biznesmenlər siyasətə ya qarışmır, ya qarışa bilmir. Sorosun isə bu imkanları var. Deməli, bu, qlobal biznes dünyasına çox ciddi bir mesajdır. Təbii ki, Ukrayna bu şəraitdə dəstəklənəcək, mən buna əminəm. Bu da Ukrayna üçün çox ciddi dəstəkdir”. 
 
Ə.Oruclu deyir ki, Azərbaycanın xarici investisiyalara ehtiyacı var: “Çünki dövlət faktiki olaraq ”bankrot” vəziyyətindədir. Bunu nə qədər etiraf etməsələr də, bu, artıq reallıqdır. Neft qiymətlərinə ümid yoxdur, ömrü boyu ölkənin iqtisadiyyatı yalnız və yalnız neftdən, neft pullarının xərclənməsindən ibarət olub və bu gün ölkəyə investorlar lazımdır. İnvestorların Azərbaycana gəlməsi üçünsə iki vacib amil tələb olunur: birincisi, onların dəvət olunması, heç olmasa ölkəyə buraxılması üçün istək və iradə lazımdır. İkinci amil isə investisiyaların qorunması üçün hüquqi şəraitin yaradılması zəruridir. Bunların heç biri yoxdur və əminəm ki, olmayacaq da. Çünki Azərbaycan iqtisadiyyatı adlanan bir şey bir neçə nazir oliqarx arasında sektoral şəkildə monopoliyalara bölünüb. Bizə daxil olan məlumatlara görə, bugünkü kritik vəziyyətdə Neft Fondunun vəsaitlərinə qanuni şəkildə əl atılır, yəni millətin gələcəyinə əl uzadılır. Amma iqtisadiyyatın diversifikasiyası və demonokalizasiyası, iqtisadi islahatlar kimi şeylər heç kimin ağlına gəlmir.  Belə olan təqdirdə Ukrayna ilə paralel aparmaq, ümumiyyətlə, absurddur. Ukraynada hakimiyyətin iradəsi olmasaydı, nə Çin şirkəti ortaya bu qədər pul qoymazdı, nə də Corc Soros”.
Ə.Oruclunun sözlərinə görə, Soros Fondu və digər Qərb təsisatları Bakıdan getdiyi üçün C.Sorosun Azərbaycana yatırım qoyması indiki şərtlər daxilində real görünmür: “Çünki həmin təşkilatlar biznesin təminatçısıdır. Deyək ki, ölkəyə biznesi buraxıram, qalanlarını qovuram, çıxıb getsinlər, belə iqtisadiyyat işləmir. Ən azı Qərb iqtisadiyyatı, liberal iqtisadiyyat çoxşaxəli təminat istəyir”.
Cavid TURAN
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə prokuror iş otağında girov götürülüb – YENİLƏNİB, FOTOLAR, CANLI YAYIM

Next Post

“Faydalı danışıqlar apardıq”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

"Faydalı danışıqlar apardıq"

Şəhid ailəsi dövlət rəhbərliyinədən kömək gözləyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.