"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Erməni ordusu bütün hərbi vasitələrlə təmin olunur” – Eldar Sabiroğlu

02 Avqust 2014 - 14:41
in GÜNDƏM

“Azərbaycan tərəfinin xeyli sayda şəhid və yaralı verməsi ağır itkidir”. Bunu AzNews.az-a Müdafiə Nazirliyi1382959301_eldar_sabiroglu_01vc mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu bildirib. 

Onun fikrincə, ölkələr arasında müharibə getdiyi bir şəraitdə bəzən belə faciəli anlar qaçılmazdır: “Son itkilərimiz az deyil və ümid edirik ki, ordumuz tez bir zamanda bunun qisasın alacaq. Buna bizim gücümüz var və heç kəs, xüsusilə Ermənistan tərəfi buna şübhə etməsin ki, onların törətdiyi cinayət əməlləri cəzasız qalamyacaq. Onlar arxayın olmasınlar ki, Azərbaycan ordusunda qorxu, xof yaratmağa nail ola bilirlər”. 

Nazirliyin keçmiş sözçüsü düşmənin bu həmləsini təkbaşına törətməməsi və ona yardımçı olan qüvvələrin olduğunu da istisna etməyib: “Bu heç kəsə sirr deyil. İşğalçı ölkə haradan təlimatlandığı, güc aldığı mənbə hər kəsə, o cümlədən bütün dünyaya bəllidir. Müharibə başlandığı ilk gündən Erməni Silahlı Qüvvələri bütün hərbi vasitələrlə təmin olunur və Azərbaycan üzərinə yerimək üçün işğalçı ölkəyə dəstək verilir. Hər şey bütün çılpaqlığı ilə ortadadır. Ona görə də biz işimizi bilməli və torpaqlarımızı düşmən işğalından azad etməliyik”.

E.Sabiroğlu Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, cəbhədə itkilərin olmasında beynəlxalq təşkilatları və əsasən də ATƏT-in Minsk Qrupunu günahlandırıb: “Beynəlxalq qurumlar Ermənistan tərəfinin törətdiyi cinayətlərə qarşı lazimi və doğru qiymət verməsə, işğalçı ölkə öz həyasızlığından və vəhşi hərəkətindən əl çəkməyəcək. Hazırda da ATƏT-in Minsk Qrupu ikili standartlarla çıxış edir və bu addımı ilə həyasız ölkəyə dəstəyini davam etdirməkdədir. Halbuki bu təşkilat müharibənin qarşısını almaq və münaqişəni ədalətli həllinə nail olmaq üçün yaradılıb. Amma hazırda isə tamamilə fərqli bir situasiya ilə qarşı-qarşıyayıq. Təxminən 20 ildən çoxdur ki, Minsk Qrupu yaradılıb və heç bir işi ilə yadda qalmayıb. İkili standartlar vəziyyəti daha da müşkülə salıb. İndiyə qədər ATƏT-in Minsk Qrupunun hər hansı bir təsiri və səmərəli qərarına rast gəlinməyibdir”. 

Ehtiyatda olan polkovnik hesab edib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətinin dayandırılması istiqamətdə də addımlar atılmalıdır: “Bu istiqamətdə ictimai fəallıq artmalı və ölkəmizdə bu qurumun fəaliyyəti dayandırmalıdır. Dağlıq Qarabağ münaqişəsi və bu sahədə yaranan problemlərinin həlli Birləşmiş Millətlər Təşkilatı (BMT) öz üzərinə götürməlidir”. 

E.Sabiroğlu Müdafiə Nazirliyində işlədiyi dövrdə ATƏT-in Minsk Qrupu ilə keçirilən görüşlərindən də danışıb: “Mən dəfələrlə onlarla görüşdə iştirak etmişəm və çıxışlarında gəldikləri nəticə isə belə olub ki, hər iki tərəf nəyə razı olarsa biz də ona razılıq verəcəyik. Sual olunur bəs onda siz nəyə lazımsız?” 

O həmçinin, cəbhədəki gərgin vəziyyətlə bağlı yerli KİV-lər analiz və yanaşmalarında diqqətli olmağa və gedişatla bağlı yanlışlığa yol verməməyə də çağırıb. 

Amid
AzNews.az

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan ordusunun ağır texnikası Tovuza tərəf hərəkət edir –

Next Post

Avtomobilin yük yerindən meyit tapıldı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Avtomobilin yük yerindən meyit tapıldı

SOS: Tərtərdə şiddətli döyüş gedir: Rayona 5 şəhid gətirilib!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.