
İŞİD terror qruplaşması yeni “qanun” qəbul edib.
Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi məlumata görə, “qanun” dar cins şalvar geyən kişilər üçün həbs cəzası nəzərdə tutur.
Məlumatı Suriyanın şimalında bu terror qruplaşmasına rəqib təşkilatlardan biri yayıb. Məlumata görə, yeni qadağalar həmçinin, öz mobil telefonunda musiqiyə qulaq asanlara, siqaret çəkənlərə və namaza gecikənlərə də şamil ediləcək.
“Qanun” pozucularına 10 günlük həbs kəsiləcək. Həmin müddətdə onlara türmədə “İslam kursu” keçiləcək, müddətin tamamında isə onlar test imtahanı verəcəklər. Sınaqdan uğurla keçənlər dərhal azad olunacaq, digərlərini isə tapşırıqların öhdəsindən gələnədək içəridə saxlayacaq, həmçinin cərimə edəcəklər.



