
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Donbasdakı konfliktin tezliklə yoluna qoyulacağını gözləmir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə siyasətçi “Süddeutsche Zeitung” alman qəzetinə müsahibəsində bildirib.
“Mən bu konfliktin qısa zaman kəsiyində həlli şansını kiçik, hətta olduqca kiçik qiymətləndirirəm” – deyib baş nazir.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərq regionlarını əlində özünəməxsus girov kimi saxlamaq istəyir. “O, bundan sonra da Qərbə qarşı mübarizə aparacaq və bu məsələdə Ukraynaya plasdarm rolu ayırıb” – əlavə edib Yatsenyuk.



