"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Etibar Məmmədovun “Azərsu”dakı iddiaları

04 Aprel 2015 - 18:14
in MANŞET

Onun məqsədi Qorxmaz Hüseynovu “yıxıb” ASC-nin sədri olmaqdır

qorxar“Azərsu” ASC-də gedən nüfuz savaşı dərinləşdikcə, qurum daxilində bu savaşı aparan əsas qruplaşma üzvlərinin də əsil məqsəd və hədəfləri daha aydın cizgilər alır. Məsələ bundadır ki, bu qruplaşma üzvlərindən kimin kimi dəstəkləməsi, kimin kimə qarşı olması barədə bilgilər bəzən hətta ASC daxilində olan mənbələr üçün də aldadıcı olur. Daha dəqiq desək, yüksək çinli məmurlar öz qarşılarına qoyduqları məqsədlərinə çatmaq naminə lazim gələrsə, hələ dünən dəstək verdikləri həmkarlarını artıq bu gün tərəddüd belə etmədən “vurmağa” hazırlıqlarını nümayiş etdirirlər. Xatırlayırsınızsa, ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz aldığımız məlumatlara əsaslanaraq qeyd etmişdik ki, ASC-yə rəhbərlik uğrunda mübarizə aparan belə qruplaşmaların sayı üçdür. Mənbələr birinci qruplaşmaya “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun və Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun aid olduğunu bildirmişdilər. Daha sonra məlumatlarda ASC sədrinin birinci müavini Teyyub Cabbarovun, sədr müavini (artıq keçmiş müavin) Mirkamil Seyidovun və “Bakıkanalizasiya” müəssisəsinin müdiri Habil Məmmədovun ortaq maraqlarından ikinci qruplaşmanın formalaşdığı qeyd olunmuşdu. Təbii ki, bu məmurların da ümumi maraqları ilk növbədə ASC-də mənimsənilən dövlət vəsaitlərindən daha böyük pay almaq ümidlərinə bağlı olub. Lakin bununla yanaşı daha yüksək vəzifələrə sahib olmaq kimi iddialar da maraq ortaqlığında heç də zəif arqument kimi çıxış etmir. Və nəhayət mənbələrin təqdim etdikləri məlumata görə üçüncü qruplaşmaya da ASC sədrinin daha üç müavinini, istismar üzrə müavin Köçəri Həsənovu, iqtisadi məsələlər üzrə müavin Mahir Məmmədovu və xarici sərmayələr üzrə müavin İlqar Tağıyevi aid etmək olar. Lakin “Azərsu”da gedən proseslər və baş verən son hadisələr bir daha göstərdi ki, bütün bu qruplaşma bağlantıları olduqca kövrək istinad nöqtəsi olmaqla, daha çox şərti xarakter daşıyırlar. Yeni aldığımız məlumatlarda mənbələr xüsusilə Mirkamil Seyidovun vəzifədən alınmasından sonra “Azərsu”da qüvvələr nisbətinin və hədəflərin necə dəyişməsinə diqqəti cəlb edirlər. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, keçmiş sədr müavininin iş otağı artıq həmin vəzifəyə yeni namizəd tərəfindən əsaslı təmir olunur. Bu namizədin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun olduğu bildirilir. Düşünmək olar ki, ASC-nin sədri Qorxmaz Hüseynova yaxınlığı ilə seçilən Etibar müəllimin bu hazırlığı gözlənilən addımdır. Belə ki, bu iki vəzifə sahibi artıq uzun müddətdir ki, Bakının müxtəlif rayonlarından tutmuş, ta İstanbulun “zənginlər məhəlləsi”nə kimi bir çox ərazilərdə də qonşudurlar. Lakin hadisələri daha diqqətlə izləyən mənbələr bu dostluğun da yalnız görüntü xarakterini daşıdığını və ASC-nin sədr müavini vəzifəsinə təyinat almağa hazırlaşan Etibar Məmmədovun əsil məqsədi uğrunda hələ də “gizli” mübarizə apardığını iddia edirlər. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, son vaxtlar ASC-nin daxilində qurumun fəaliyyəti barədə bir çox ifşaedici məlumatların ölkə mətbuatına məhz E.Məmmədov tərəfindən ötürülməsinə dair söz-söhbətlər yaranmağa başlayıb. Bu ehtimalı dəstəkləyən mənbələrin rəyinə görə, Birləşmiş Su-Kanal MMC-nin rəhbərinin Qorxmaz Hüseynova olduqca yaxın mövqeyi uzun müddətdir ki, onun hər səpgidə şübhələrdən uzaq qalmasına yetərincə xidmət edib. Bu əlverişli şəraitdən istifadə edən E.Məmmədov isə bütün bu müddət ərzində öz əsas hədəfinin “Azərsu” ASC-nin sədri vəzifəsi olduğunu məharətlə gizlətməyə müyəssər ola bilib…

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ordumuzun gecə təlimi (VİDEO)

Next Post

Əməliyyatdan çıxan uşaq vəfat edib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Əməliyyatdan çıxan uşaq vəfat edib

"TANAP vasitəsi ilə qazı 2018-ci ildən alacağıq"

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.