"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərdoğan Ərdoğan “Qanı və ölümləri dayandıraq” dedi – prezidentlərin kritik açıqlamaları – VİDEO

07 Aprel 2015 - 17:47
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ərdoğan Ərdoğan

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Tehranda iranlı həmkarı Həsən Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanıb. 
Musavat.com-un məlumatına görə, iki dövlət başçısı arasındakı dialoq diqqət çəkib. Ərdoğan paytaxt Tehranda yerləşən Sədabat sarayında rəsmi mərasimlə qarşılanıb. İki ölkənin himni səsləndikdən sonra İranın rəsmi heyəti Ərdoğana təqdim edilib. Qarşılanma mərasimində Ərdoğanla Ruhaninin əl-ələ tutaraq gəzməsi diqqətdən yayınmayıb.
Prezidentlər ikitərəfli rəsmi görüş keçirdikdən sonra mətbuat üçün açıqlama veriblər. Daha sonra iki ölkə arasında 8 anlaşma, 1 niyyət protokolu imzalanıb. Mətbuat konfransında Ruhanı qısa aşıqlama verərək, çox önəmli danışıqların getməsini vurğulayıb. Yəmənlə bağlı və regiondakı digər qanlı , qaynar nöqtələrlə bağlı da deyib ki, bu mövzuları danışıblar, anlaşma üçün cəhdlər göstəriblər.
Prezident Ərdoğan isə geniş bir açıqlama ilə çıxış edib. İqtisadi sferada vəziyyətin istənilən səviyyədə olmadığını söyləyən Ərdoğan deyib ki, iki ölkə arasında ticari dövriyyənin hədəfi 30 milyard dollardır. Lakin tərəflər bu rəqəm-hədəfdən çox uzaqdırlar.
Ərdoğan deyib ki, Türkiyə hazıda ən bahalı qazı İrandan alır: “Buna təəssüf edirəm. İstərdim ki, qazın qiymətləri düşsün və Türkiyə İrandan daha çox qaz alsın. Bizim buna böyük ehtiyacımız var. Biz İrandan qazı ucuz alaq ki, öz vətəndaşımıza da ucuz sata bilək”.
Ərdoğan deyib ki, iki ölkə öz arasında bütün tədavülləri yerli valyutaları ilə aparsalar yaxşıdır. Bu zaman dillar və avrodan asılılıqlar da aradan qalxar. O, deyib ki, bu məsələni keçən il də qaldırıblar, lakin təəssüf ki, İran tərəfi buna isti baxmır.
Ərdoğan hər iki ölkə arasında turizmi böyütmək təklifləri ilə də çıxış edib: “Təkcə hava, su, qum turizmi deyil, kültür və inac turuzmini də böyütməliyik. Hər iki ölkə bunda maraqlı olmalıdır”.
 
Ərdoğan bölgədəki fəlakətli müharibələrdən də danışıb: “Ətrafımız atəşdən çəmbərdir. İraqda 350, Suriyada 300 min insan ölüb. Bu ölümləri dayandırmaq lazım. Məni burada məzhəb ilgiləndirmir, müsəlmanlıq, insanlıq ilgiləndirir… İnanc ilgiləndirir. Nə yazıq ki, ölən də öldürən də müsəlmandır… Allah bizi yaradanda deməyib ki, hansı dinə, inanca, məzhəbə məxsusdur. Allahtəala insanı ən ali məxluq kimi yaradıb. Lakin insan çox acımasız da olur. Bu qədər insan insanın əli ilə öldürülür. Bunu qəbullanmaq mümkün deyil.
 Bizim bir araya gələrək, danışaraq, artıq bu qana , bu ölümə bir son verməyə çalışmamz lazım. Bir biri ilə vuruşanları bir araya gətirək. Nə qədər mümkündür, ara buluculuğu edək…”
Ərdoğan İran prezidentinə “qardaşım Ruhani” deyə xitab edib.
 Musavat.com prezidentlərin birifinqini canlı olaraq təqdim edib.
Musavat.com
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

SSRİ-nin 10 dəhşətli sirri…

Next Post

Apteklərdə nə baş verir? – REPORTAJ, FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Apteklərdə nə baş verir? - REPORTAJ, FOTOLAR

Yenə gecikdim...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.