"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hesablama Palatası 15 icra başçısını “qara siyahı”ya saldı

09 Aprel 2015 - 14:39
in MANŞET

Hesablama Palatası onların fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

prez_aparatHesablama Palatası bir sıra rayonların icra hakimiyyətlərinin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb. Qurumun hesabatında qeyd edilir ki, Şəki, Göyçay, Ağdaş, Ağsu, Hacıqabul, Neftçala və Cəlilabad icra hakimiyyətlərinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirləri keçirilib. Tədbirlər zamanı müəyyən edilib ki, proqnoz layihələri hazırlanarkən bəzi xərc maddələri üzrə əsaslandırılmış hesablamalar aparılmayıb.
Bir sıra xərc maddələri üzrə icra olmadığı halda, vəsait proqnozlaşdırılıb. Mənzil fondunun gəlirləri az hesablanıb. Auditlə əhatə olunan illərdə mənzil haqları üzrə debitor borcunun yığılması və ləğv edilməsi, xərclərin və zərər məbləğinin azaldılması, gəlirlərin tam yığılması və artırılması, göstərilən xidmətlərə dair hüquqi və fiziki şəxslərlə müqavilələrin bağlanılması və bağlanmış müqavilələr üzrə vəsaitin tam yığılması istiqamətində müvafiq tədbirlər görülməyib.
Bundan başqa əksər hallarda Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyib. Abadlaşdırma xidmətləri üzrə vəsaitin təyinatı dəyişdirilib. Bəzi hallarda mənzil fondu, yolların əsaslı təmiri və abadlıq işləri üzrə bağlanan müqavilələr satınalma müqaviləsinin nümunəsinə uyğun tərtib edilməyib. Müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan satınalma prosedurları tətbiq edilməyərək birbaşa müqavilələr bağlanılıb. Satınalma müqavilələrinin yerinə yetirilməsinə dair bank təminatı alınmayıb. Işlərin tender təklifi qiymətindən baha qiymətlərlə yerinə yetirilib. Cəmi məbləğdə nəzərdə tutulmadığı halda üstəlik xərc hesablanması səbəbindən icraçıya artıq büdcə vəsaiti ödənilib. Mənzil fondu üzrə daxil olmuş vəsait, vergi və məcburi dövlət sosial sığorta haqları istisna olmaqla, bütünlükdə nağd qaydada xərc edilib. Maddi-məsul şəxslərlə cavabhehlik haqqında müqavilələr bağlanmamış, mal-materialın alınması nağd qaydada alış aktları yazılmaqla rəsmiləşdirilib, bankdan alınmış nağd pul vəsaitlərinə kassa mədaxil orderləri yazılmadan birbaşa kassa kitabına mədaxil edilməklə məxaric olunub. Müvafiq normaların gözlənilməməsi nəticəsində avtonəqliyyat vasitələrinə yanacaq və ehtiyat hissələri artıq silinmiş, suvarmaya zərurət olmayan aylarda su maşınlarına yanacaq silinmiş, bəzi hallarda mal-material və əsas vəsaitlər uçota alınmayıb.
***
Tədbirlər nəticəsində həmçinin məlum olub ki, işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi vaxtı mövcud normativ aktların tələblərinin gözlənilməməsi və işçilərə tutduqları vəzifələr üzrə dərəcələrinin müəyyənləşdirilməməsi və tətbiq edilməməsi səbəbindən artıq əməkhaqqı ödənilib.
Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərnin nəticələri barədə  Milli Məclisə məlumat verilib. Kollegiya qərarlarının icrasının təmin edilməsitylə bağlı Palataya təqdim edilən məlumatlarda şəhər və rayonlarda əlaqədar təsərrüfat rəhbərləri və vəzifəli şəxslərlə müzakirələrin aparıldığı, müvafiq tapşırıqların  verildiyi, debitor və kreditor borcların ləğvi istiqamətində lazım olan tədbirlərin görüləcəyi bildirilib.
Tədbirlər nəticəsində Hacıqabul rayon icra hakimiyyəti  və onun tabeli müəssisələri tərəfindən 8934,8 manat məbləğində vəsait dövlət büdcəsinə, 4512,0 manat vəsait müəssisələrin kassasına və hesablaşma hesabına, uçota alınmayan 15661,1 manat dəyərində inventarın və 11000,0 dəyərində əsas vəsaitlərin uçota bərpası təmin edilib.
Audit dövründə nöqsanlara yol verən 9 nəfər barəsində intizam tənbehi, 1 rəis işdən azad edilib, 1 baş mühasibə xəbərdarlıq edilib, 3 rəisə və 4 baş mühasibə inzibati qaydada töhmət verilib.
Göygöl rayonu üzrə 19799,8 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənildiyi, 20805,3 manat dəyərində inventarın təhvil verildiyi, 14469,4 manat məbləğində əlavə iş və xidmətlərin yerinə yetirildiyi, tikintisi başa çatmış və istismara qəbul edilmiş obyektlərin Göygöl RIH başçısının sərəncamına əsasən rayon təhsil şöbəsinin balansına verildiyi, 6868,0 manat dəyərində vəsaitin müvafiq mühasibat yazılışı verilərək uçota alınıb mədaxil edildiyi, 8600,0 manat məbləğində az hesablanmış vəsaitin mühasibat yazılışı verilərək gəlirlərə aid edildiyi, 210396,7 manat məbləğində debitor borcun bağlanıldığı, birliyin müvafiq əmriylə 6,0 ştat vahidinin büdcə vəsaiti hesabına maliyyələşdirilməsinin dayandırılmasının təmin edildiyi bildirilib. Məlumatda auditlərin nəticələri ilə müəyyən edilmiş nöqsanlara görə 12 vəzifəli şəxsə, bir şöbə rəisi, bir müavin, iki mühasib, 1 tmüfəttiş və 7 nəfər evlər müdirinə inzibati qaydada töhmət verildiyi qeyd olunub.
Göyçay RIH və onnun tabeli müəssisələri tərəfindən 48226,0  manat məbləğində vəsaitin dövlət büdcəsinə, 27095,0 manat məbləğində vəsaitin müəssisələrin kassasına və hesablaşma hesabına bərpası, 58733,4 manat məbləğində əlavə iş və xidmətlərin yerinə yetirilməsi, 36320,9 manat məbləğində az hesablanmış vəsaitin mühasibat yazılışı verilərək gəlirlərə aid edilməsi, 2,5 ştat vahidinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin dayandırılması təmin edilib.
Məlumatda audit nəticələri ilə müəyyən edilən nöqsan və çatışmaqlıqlara görə 9 vəzifəli şəxsə, 1 şöbə rəisi, 1 baş mühasib, 1 inzibati ərazi dairəsi üzrə nümayəndəyə  xəbərdarlıq edilib, 2 rəis, 3 baş mühasib və icra başçısının 1 ərazi inzibati dairəsi nümayəndəsinə inzibati qaydada töhmət verilib.
Ağdaş rayon icra hakimiyyəti və onun tabeli müəssisələri tərəfindən 19989,5 manat məbləğində vəsitin dövlət büdcəsinə ödənilməsi, 38267,1  manat dəyərində əsas vəsaitin uçota alınması, 22275,0  manat məbləğində  az hesablanmış vəsaitin  mühasibat yazılışı verilərək gəlirlərə aid edilməsi, 20979,0 manat dəyərində əsas  vəsaitlərin müvafiq mühasibat yazılışı verilərək  maddi məsul şəxsin öhdəsinə mədaxil edilməklə uçota bərpası, 5640,0 manat dəyərində zəruri inventarların cavabdeh şəxsin vəsaiti hesabına  alınaraq anbara mədaxil edilməklə natura ifadəsində bərpası və 4,0 sürücü ştat vahidinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin dayandırılması təmin edilib.
***
Hesabat ilində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Şirvan, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan vəsaitlərin istifadəsi üzrə audit tədbirləri aparılıb.
Nəzarət tədbirləri zamanı ümumi nöqsanlar aşkar edilib. Audit aparılmış şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə-smeta sənədlərinin hazırlanmasına  satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb.
Balakən RIH tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olmuş məlumatda üç obyekt üzrə yerinə yetirilməmiş 27364,91 manat məbləğində tikinti işlərinin yerinə yetirildiyi, obyektlərin istismara qəbul olunduğu, iki obyekt üzrə podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş tiknti-quraşdırma işləri hesabına 201,4 min manat məbləğində debitor borcun bağlandığı bildirilib.
Ağstafa RIH tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda 4 obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlığın podratçılar tərəfindən quraşdırıldığı, 5 obyekt üzrə yerinə yetirilməmiş 61724,4 manat məbləğində tikinti işinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilmiş işin yenidən işlənməsi bildirilib.
Goranboy RIH tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda 12 obyekt üzrə yerinə yetirilməmiş 111899,4 manat məbləğində tikinti işinin yerinə yetirilməsi və  22515,6 manat məbləğində yerinə yetirilməmiş tikinti işinin dəyərinin dövlət büdcəsinə bərpası, 11 obyekt üzrə 17726,0 manat dəyərində inventar və avadanlığın  podratçılar tərəfindən quraşdırıldığı və 1 obyekt üzrə keyfiyyətsiz yerinə yetirilmiş 34373,0 manat dəyərində işin yenidən işlənməsi, işində nöqsanlara yol vermiş böyük məsləhətçiyə xəbərdarlıq elan edildiyi bildirilib.
Hesablama Palatasının hesabatında adıkeçən rayonların icra başçılarının “qara siyahı”ya daxil olacağını söyləmək olar. Xüsusilə seçki ilində hakimiyyətə “qurbanlar” lazımdır. Həmin “qurbanlar”ın sənəddə adıkeçən icra başçılarının olması mümkündür.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənistanın və Azərbaycanın barmaqları tətikdədir”

Next Post

1 faiz qaldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

1 faiz qaldı

Yanukoviç hakimiyyəti qəsb etməkdə ittiham edilib

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.