Bakıda fahişə alverçisi saxlanılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Əhmədlinin gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı S.Əhmədli tutulub.
S.Əhmədlinin əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.



